525.Az

Bakıda beşmərtəbəli binada yanğın oldu


 

Bakıda beşmərtəbəli binada yanğın oldu<b style="color:red"></b>

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2500 m² olan (hər mərtəbəsi 500 m²) beşmərtəbəli binanın (qeyri-yaşayış təyinatlı) üçüncü mərtəbəsində sahəsi 200 m² olan otağın yanar konstruksiyaları 150 m² sahədə və içərisində olan mətbəx ləvazimatları yanıb.

525.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 





29.11.2020    çap et  çap et