525.Az

Azərbaycanda hüquqi dövlət quruculuğunda məhkəmə-hüquq islahatlarının rolu


 

Azərbaycanda hüquqi dövlət quruculuğunda məhkəmə-hüquq islahatlarının rolu<b style="color:red"></b>

 

Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət mühakiməsi prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.

Dövlət müstəqilliyini əldə etdikdən sonra hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi təkmilləşdirilməsi davamlı prosesə çevrilib. Ötən illər ərzində ölkənin demokratikləşmə, insan hüquq azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bilavasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanan məhkəmə-hüquq islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq azadlıqlarının təmin olunmasının bünövrəsini qoyub.

Demokratiya, dövlət suverenliyi, insan vətəndaş hüquqlarının prioriteti kimi hamılıqla qəbul edilən dəyərlər Azərbaycan Konstitusiyasının təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət dövlət həyatında demokratik dəyişikliklərə yol açaraq, insan hüquq azadlıqlarının həyata keçirilməsinə əlverişli şərait yaratmaqla, ictimai həyatın bütün sahələrinin inkişafına təkan verdi.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının preambulasında dövlətin müstəqilliyinin suverenliyinin qorunması, hüquqi, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinə nail olmaq kimi mühüm vəzifələr əsas niyyət kimi bəyan edilir.

Konstitusiyada Azərbaycanın demokratik yolla inkişafının qaçılmaz olduğunu nəzərdə tutan şərt dövlət hakimiyyətinin xalqa məxsus olmasının birmənalı şəkildə təsbit olunmasıdır. Eyni zamanda, Konstitusiyada göstərilir ki, öz müqəddəratını sərbəst müstəqil şəkildə müəyyənləşdirmək Azərbaycan xalqının suveren hüququdur.

Konstitusiyada əksini tapan mühüm məsələlərdən biri xalqın hüquq mənafeləri ilə bağlı hər bir məsələnin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır. Konkret olaraq 3- maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq səsverməsi - referendum yolu ilə həll oluna bilər.

Konstitusiyanın qeyri-müəyyən müddətdə qüvvədə olmasının nəzərdə tutulması, onun məzmun sabitliyi ilə fərqlənən əsas normativ-hüquqi akt kimi səciyyələndirsə , zaman keçdikcə ona müəyyən əlavə dəyişikliklər etmək zərurəti yaranır.

2002-ci il avqustun 24- keçirilmiş ümumxalq səsverməsi - referendumdan sonra Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosial yönümlü məsələlərin prioritetə çevrilməsi, habelə insan hüquq azadlıqlarının maksimum müdafiəsinə xidmət edən təkmil qanunvericilik bazasının formalaşması Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra əlavə dəyişikliklərin edilməsini labüdləşdirir. Sözün həqiqi mənasında ictimai münasibətlərin inkişafı, sosial, iqtisadi siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Konstitusiyaya müvafiq dəyişiklik əlavələrin edilməsini zərurətə çevirir. Heç şübhə yox ki, bu əlavə dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan vətəndaş hüquq azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçilir. Bu, bir faktdır ki, Konstitusiyaya indiyədək edilən əlavə dəyişikliklərin mühüm bir qismi Azərbaycan dövlətinin insan şəxsiyyət amilini yüksək tutaraq yeritdiyi sosial yönümlü siyasət strategiyasının daha dolğun, hərtərəfli ifadəsinə, vətəndaşların hüquq azadlıqlarının genişləndirilməsinə, dövlətin sosial məsuliyyətinin artırılmasına xidmət edib.

Bununla yanaşı ulu öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da təsadüfi deyil - respublikamız son illərdə inkişafının elə uğurlu mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Bütün bunları nəzərə alan İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan vətəndaş hüquq azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması vacib şərtlərdən biridir.

19 yanvar 2006- il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman bu istiqamətdə ilk konseptual sənədlərdən olub. Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurası ötən illərdə dövlət başçısının fərmanından irəli gələn vəzifələrin icrası üçün geniş tədbirlər planı hazırlayıb həyata keçirib. Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə Şirvanda apelyasiya məhkəmələrinin yaradılması fəaliyyətə başlaması məhkəmə sisteminin təkmilləşdirilməsi baxımından mühüm addımdır. Fərman əsasında yaradılmış Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilməsi üçün onların peşə səviyyəsinin daha da yüksəldilməsini təmin edir. Fərman əsasında Azərbaycanın məhkəmə sistemi tarixində ilk dəfə olaraq Hakimlərin Etik Davranış Kodeksinin hazırlanıb təsdiq edilməsi mühüm uğurlardan biri kimi vurğulanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi məhkəmə təcrübəsində nəzərə alınması da fərmanın müstəsna əhəmiyyətinə dəlalət edir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olduğundan məhkəmələr İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərini rəhbər tutmaqla, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsini öyrənməli, öz fəaliyyətlərində həmin Konvensiyanın müddəalarından bəhrələnməlidirlər.

Təqdirəlayiq haldır ki, yeni məhkəmə binalarında müasir İKT tətbiq edilməklə hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılıb.

Ümumiyyətlə istər Konstitusiyaya edilən əlavə dəyişikliklər, istərsə digər müxtəlif qanunlara olan dəyişikliklər mütərəqqi xarakter daşımaqla, ölkədə qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmləndirilməsinə, insan vətəndaş hüquq azadlıqlarının etibarlı təminatına xidmət edir. Heç şübhə yox ki, bu dəyişikliklər demokratik, hüquqi inkişafın keyfiyyətcə yeni mərhələnin əsasını qoymaqla yanaşı, ölkədə həyata keçirilən vətəndaş cəmiyyəti quruculuğu prosesini daha da sürətləndirir.

AQİL

 





13.02.2014    çap et  çap et