525.Az

Gürcüstanda minə yaxın koronavirus xəstəsi ağır vəziyyətdədir


 

Gürcüstanda minə yaxın koronavirus xəstəsi ağır vəziyyətdədir<b style="color:red"></b>

Gürcüstanda ağır vəziyyətdə olan koronovirus xəstələrinin sayı açıqlanıb.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Gürcüstan xəstəxanalarında 943 ağır koronavirus xəstəsi var. Onların da 367-si süni nəfəs aparatına qoşulub. Ümumilikdə isə aktiv koronavirus xəstələrinin sayı 21063 nəfərdir.

Ağır vəziyyətdə olan xəstələrin 429-u Tbilisidədir. Süni nəfəs aparatına qoşulan xəstələrin də 181-i paytaxtdadır. Qalan ağır xəstələrin 167-si Acarıstanda, 190-nı İmereti bölgəsində, qalanları isə digər bölgələrdədir.

Qeyd edək ki, son 24 saat ərzində qonşu ölkədə 4 min 426 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus xəstələrinin ümumi sayı 132 min 368-ə yüksəlib.

Bundan başqa, 54 min 464 nəfər özünü təcrid rejimindədir.

Bu günədək 110 min 49 xəstə koronavirusdan sağalıb, 1230 nəfər isə pandemiyanın qurbanı olub.

 





29.11.2020    çap et  çap et