525.Az

Təhsil naziri qəzada ölən tələbələrlə bağlı paylaşım edib


 

Təhsil naziri qəzada ölən tələbələrlə bağlı paylaşım edib<b style="color:red"></b>

Təhsil naziri Emin Əmrullayev qəzada ölən Tibb Universitetinin tələbələri ilə bağlı paylaşım edib.

525.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb.

Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır.  Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb.

Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!"

 





30.11.2020    çap et  çap et