525.Az

"Qısa müddətdə həmin əraziləri təmizləyəcəyik"


 

"Qısa müddətdə həmin əraziləri təmizləyəcəyik"<b style="color:red"></b>

"İşğaldan azad olunmuş ərazilərə nəzarət edilir. Bütün yollarda, bütün keçidlərdə polis tərəfindən mühafizə zolaqları qurulub, postlar yerləşdirilib".

525.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.

İ. İsmayılov qeyd edib ki, bu ərazilər çox böyükdür:
 
“Şəxsi kontingent zəruri olan tədbirləri görür. Mülki əhalidən xahiş edirəm ki, həmin ərazilərə getməsinlər. Bu, onların özü üçün, ailəsi üçün təhlükəlidir. Biz bu ərazilərə nəzarət etmək üçün əlimizdən gələni edirik, polis tərəfindən nəzarət nə qədər mümkündür edilir. Amma oraya gedən insanlar dağlardan, digər yollardan istifadə edirlər. Ona nəzarət etmək çox çətindir. İmkan daxilində biz qısa müddət ərzində həmin əraziləri təmizləyəcəyik və insanların həmin ərazilərə getməsi üçün şərait yaradacağıq. Əhalinin doğma torpaqlarına, evlərinə, dədə-baba torpaqlarına getməsi üçün şərait yaradıldıqdan sonra təlimat veriləcək ki, onlar bu əraziləri ziyarət etsinlər".

 





30.11.2020    çap et  çap et