Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 121.176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74.902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib, aktiv xəstə sayı 44.882 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10.342 ötən müddət ərzində isə ümumilikdə 1.728.577 test aparılıb.