Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.
525.az-ın Trend-ə istinadən məlumatına görə, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Teymur Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərirdi.