525.Az

Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi


 

Paşinyan Putinlə görüşə nail ola bilmədi - <b style="color:red">Səfər ləğv edildi</b>

Ermənistanın Baş Naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv edilib.

525.az-ın Trend-ə istinadən məlumatına görə, buna baş nazirin Rusiya rəhbərliyində yüksək səviyyəli görüşə nail ola bilməməsi səbəb olub.

Qeyd olunub ki, Ermənistan tərəfinin N.Paşinyanın prezident Vladimir Putinlə görüşünü təşkil etməsi səyləri puç olub.

Bununla əlaqədar olaraq baş nazirin protokol xidmətinin rəhbəri Moskvadan geri çağırılıb.

 





30.11.2020    çap et  çap et