525.Az

Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıblar


 

Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıblar<b style="color:red"></b>

Yerevanda etiraz aksiyasında iştirak edən “İslahatçılar” partiyasının üzvləri hücuma məruz qalıb.

525.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə partiyanın rəhbəri Vaan Babayan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, partiya üzvləri hakim “Mənim addımım” partiyasından olan deputat Koryun Mkrtçyana qarşı etiraz yürüşü keçirirdi. Hücum zamanı “İslahatçılar” partiyasının bir neçə üzvü xəsarət alıb.

Qeyd edək ki, Yerevanda “Mənim addımım” partiyasından olan deputatların evləri qarşısında istefa tələbi ilə mütəmadi aksiyalar keçirilir.

 





30.11.2020    çap et  çap et