Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 188 nəfər ölüb. Bu, Türkiyədə COVID-19-dan ölənlər üzrə ən yüksək rəqəmdir.
525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 176 656 nəfər koronavirus testindən keçib, 6514 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 219 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb.