525.Az

Türkiyədə sutka ərzində koronavirusdan 188 nəfər öldü


 

Türkiyədə sutka ərzində koronavirusdan 188 nəfər öldü<b style="color:red"></b>

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 188 nəfər ölüb. Bu, Türkiyədə COVID-19-dan ölənlər üzrə ən yüksək rəqəmdir.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 176 656 nəfər koronavirus testindən keçib, 6514 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 219 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb.

 





30.11.2020    çap et  çap et