525.Az

OPEK neft hasilatının səviyyəsinə dair qərarı təxirə saldı


 

OPEK neft hasilatının səviyyəsinə dair qərarı təxirə saldı<b style="color:red"></b>

OPEK ölkələrin Nazirlər Konfransı 2021-ci ilin əvvəlində neft hasilatının azaldılması mexanizmi ilə bağlı qərarın 1 dekabr tarixinə təxirə salınmasına qərar verdi.

525.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə danışıqlarda iştirak edən üç mənbə bildirib. Bildirilib ki, həmin tarixdə "qeyri-OPEK" olkələri iştirak edəcək:

"Bəli, bunu digər ölkələrlə müzakirə etmək üçün çərşənbə axşamı gününə qədər təxirə saldılar"

Qeyd edilib ki, Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ 2021-ci ildə istehsalın azalması ilə bağlı fərqli ssenarilər təklif ediblər.

 





30.11.2020    çap et  çap et