525.Az

Türkiyə MN Laçınla bağlı paylaşım etdi


 

Türkiyə MN Laçınla bağlı paylaşım etdi<b style="color:red"></b>

Türkiyənin Milli Müdafiə Nazirliyi işğal altında olan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı paylaşım edib.

525.az xəbər verir ki, nazirliyin “Twitter” səhifəsində qeyd olunur:

“Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi”.

Paylaşımda #QarabağAzərbaycandır həştəqi də qoyulub.

 





01.12.2020    çap et  çap et