525.Az

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb


 

Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb<b style="color:red"></b>

Türkiyə-Rusiya Ortaq Monitorunq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq.

525.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, noyabrın 11-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında Azərbaycan və Ermənistan arasında atəşkəsin həyata keçirilməsini izləmək və nəzarət etmək üçün videokonfrans vasitəsilə anlaşma memorandumu imzalanmışdı:

“Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin qurulması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallara dair danışıqlar başa çatıb və daha bir memorandum imzalanıb. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”.

 





01.12.2020    çap et  çap et