525.Az

Zakir Həsənov Serbiyaya gedəcək


 

Zakir Həsənov Serbiyaya gedəcək<b style="color:red"></b> Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyaya səfər edəcək. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 17-də başlayacaq və iki gün davam edəcək səfər Serbiyanın müdafiə naziri cənab Neboyşa Rodiçin dəvəti ilədir.
 
Səfər çərçivəsində Serbiyanın rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş"in imzalanması nəzərdə tutulub.
 





14.02.2014    çap et  çap et