525.Az

Vüqar Əhməd diplomla təltif olunub


 

Vüqar Əhməd diplomla təltif olunub<b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd "Çimkənt - MDB-nin mədəniyyət paytaxtı-2020"  proqramının təsis etdiyi diplomla təltif olunub.

525.az xəbər verir ki, "Çimkənt - MDB-nin mədəniyyət paytaxtı-2020" proqramı çərçivəsində  Qazaxıstanın Çimkənt şəhərində böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş "Abay sözü" onlayn-oxuları keçirilib.

Tədbirdə MDB və digər xarici ölkələrdən 253 nümayəndə canlı və onlayn olaraq iştirak edib.
 
Azərbaycandan qatılan professor Vüqar Əhmədin onlayn-oxulardakı məruzəsi  maraqla qarşılanıb və o, diplomla təltif edilib.

Qeyd edək ki, Birliyin 2021-ci il Mədəniyyət Paytaxtının fəxri estafeti Düşənbə (Tacikistan Respublikası) şəhərinə təhvil verilib.

 





28.11.2020    çap et  çap et