525.Az

Türk şair Mehmet Çetin koronavirusdan vəfat edib


 

Türk şair Mehmet Çetin koronavirusdan vəfat edib<b style="color:red"></b>

Türkiyənin tanınmış şair və yazıçısı Mehmet Çetin Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

525.az-ın xəbərinə görə, bu barədə mərhumun oğlu Osman Çetin məlumat verib.

Mehmet Çetin, bir müddət idi ki, Ankarada ilik xərçəngi xəstəliyindən müalicə alırdı. Buna görə oğlu Osman Çetindən ona ilik köçürülmüşdü. Oğlunun dediyinə görə, şairin vəziyyəti düzəlməyə doğru gedirdi. Lakin müalicə aldığı xəstəxanada COVİD-19 virusuna yoluxub və 64 yaşında dünyasını dəyişib. Buna görə oğlu xəstəxananı günahlandırır. O, Türkiyə mətbuatına açıqlamasında dəfndən sonra xəstəxananı məhkəməyə verəcəyini deyib.

Mehmet Çetinin vəfatı Türkiyə ədəbi mühitilə yanaşı, Azərbaycandakı dostlarını, həmkarlarını da dərindən kədərləndirib. Milli Məclisin deputatı Fazil Mustafa onunla bağlı sosial şəbəkə hesabında başsağlığı paylaşaraq kədərini ifadə edib:  "Mehmet Çetin dünyasını dəyişdi. Dəyərli dostum, könül abim, sevdiyim Türk aydını idi. "Tanzimatdan bugüne Türk şiiri antolojisi"ni tərtib etmişdi. Türkiyədə yayımlanan "Azərbaycan türkünün İman davası" və "Türk kimliyi və Azərbaycan Vətəni" kitablarımın redaktoru olmuşdu. Sonuncu dəfə rəsmi səfərdə Ankarada olarkən zəng etmişdim, əməliyyata girəcəyini söylədi, Allahdan şəfa dilədim, qısa zaman Ankarada olacağıma görə baş çəkə bilmədim. Aydın xatirəsini yaşadacağıq. Sağlam, dəyərli mühakimə sahibiydi Mehmet Çətin. Xeyirli insandı. Mənəvi dünyamızda  gözəl izlər buraxıb getdi. Allah rəhmət etsin!"

Şahanə MÜŞFİQ

 





28.11.2020    çap et  çap et