525.Az

Laçının azad edilməsi Taxtakörpüdə qeyd edilib - Video


 

Laçının azad edilməsi Taxtakörpüdə qeyd edilib - <b style="color:red">Video</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətindən sonra laçınlılar Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində bir araya gəliblər.

525.az APA-ya istinadən xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin binası qarşısında toplaşan laçınlar Laçının Azərbaycan ordusunun nəzarətinə keçməsini xüsusi çal-çağırla qeyd ediblər.

Qeyd edək ki, Laçın rayonunun 1 şəhər, 1 qəsəbə, 125 kəndinin işğaldan azad olunması ilə ölkənin 58 şəhər və rayonunda məskunlaşan 78 565 nəfər laçınlı öz dədə-baba torpağına  qaydacaq.


 





01.12.2020    çap et  çap et