Bu gün Laçın rayonunun 28 illik işğaldan azad edilməsi münasibəti ilə Bakıda avtoyürüş keçirilib.
525.az-ın məlumatına görə, avtoyürüş Bakı sakinlərinin təşəbbüsü ilə baş tutub.
Yürüş cənab Prezidentin müraciət bitdikdən sonra 2 marşrut üzrə keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə avtomobillər 20 nömrəli məktəbdən Şəhidlər Xiyabanına, Azneft meydanı, BŞİH, şəhərin mərkəzi küçələrinə, digər maşınlar isə Su İdman sarayından Hökumət evi, sonra da mərkəzi küçələrə yollanıblar.