525.Az

Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır


 

Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır<b style="color:red"></b>

Ukraynanın "SkyUp Airlines" aviaşirkəti Zaporojye şəhərindən Bakıya reyslər təşkil edəcək.

525.az bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, şirkət tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlar keçirəcək.

Reyslər 2021-ci il martın 28-dən başlayacaq.

Xatırladaq ki, "SkyUp Airlines" noyabrın 30-dan başlayaraq Bakı-Kiyev marşrutu ilə çarter reysləri keçirir. Bu reyslər Ukrayna vətəndaşlarına öz ölkələrinə qayıtmağa imkan verir.

 





01.12.2020    çap et  çap et