525.Az

MEK-in sektor müdiri “Bengütürk” telekanalına müsahibə verib


 

MEK-in sektor müdiri “Bengütürk” telekanalına müsahibə verib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafiya şöbəsinin Biblioqrafik vəsaitlərin hazırlanması sektorunun müdiri, AMEA Əlyazmalar İnstitutunun doktorantı Təranə Rüstəmova Türkiyənin “Bengütürk” telekanalının “Maziden Atiye” verlişinə müsahibə verib.

525.az xəbər verir ki, canlı bağlantı zamanı “Qarabağın azadlığı uğrunda Vətən savaşı” mövzusunda aparıcı Cafer Kardaşın suallarını cavablandıran T.Rüstəmova Xocalı faciəsi haqqında geniş məlumat verərək, Qarabağın işğalı zamanı ermənilərin qadınlara, uşaqlara qarşı etdikləri işgəncələri, vəhşilikləri  tarixi faktlarla diqqətə çatdırıb.

Qeyd edək ki, bir müddət əvvəl də, beynəlxalq elmi konfransların iştirakçısı olan və çıxışlarında Qarabağ münaqişəsinə, maddi-mədəni irsimizin məhv edilməsinə xüsusi önəm verən Təranə Rüstəmovanın Ankarada baş tutan "Toplum, kadın ve şiddet" adlı beynəlxalq simpoziumda "Qarabağın işğalı zamanı ermənilərin qadınlara qarşı şiddət və vəhşilikləri (1988-1994)" adlı məruzəsi də, iştirakçıların böyük marağına səbəb olmuşdu.

 





01.12.2020    çap et  çap et