https://525.az/img/pics/medium/2024-03/308156_e5ws8ge6gq.jpg Qohum evliliklər
https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
28 Mart 2024
27 Mart 2024

Etiraza səbəb olan konsert - Minlərlə şəxs bir yerə toplaşdı

Etiraza səbəb olan konsert - Minlərlə şəxs bir yerə toplaşdı

Rusiyada əsl adı Vasiliy Mixayloviç Vakulenko olan Basta ləqəbli reper, koronavirusu heçə sayıb minlərlə insanın iştirakı ilə konsert verib.

525.az xarici mediaya istinadən məlumat verir ki, Rusiyada koronavirus epidemiyası ilə bağlı itkilərin sürətlə artdığı vaxtda ötən cümə Sankt-Peterburqdakı konsertdə koronavirus tədbirləri nəzərə alınmayıb. Rus reperin konsertindən görüntülər sosial mediada yayıldıqdan sonra ölkə gündəminin əsas xəbərinə çevrilə bilib.

Rusiyalı reper, konsert zamanı COVİD-19 qaydalarının pozulmadığını iddia edərək fanatlarının sosial məsafə qaydalarına tabe olduqlarını- hər kəsin tibbi maska taxdığını və zalda hər yerdə əlləri dezinfeksiya edən vasitələrin olduğunu bildirib. Şəhərin asayiş komitəsindən icazə aldıqlarını bildirən Basta, sağlamlıq qaydalarına riayət edildiyini və konsertin nəzarət altında keçirildiyini də əlavə edib.

Vətəndaşlar isə Basta və konsertə icazə verənləri sərt tənqid ediblər. Onlar konsertin koronavirus pandemiyasının yayılmasına şərait yaratdığını və belə bir tədbirin restoran, muzey kimi məkanların məhdudlaşdırıldığı bir vaxtda keçirilməsinə icazə verənlərin sorğuya çəkilməsi istəyiblər.

Qeyd edək ki, Rusiyada son 24 saat ərzində 26.683 nəfərdə koronavirus aşkar edilib, ümumi xəstəlik sayı 2.269.316 nəfərə yüksəlib.

Aytac ASLAN

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.