525.Az

Ermənistanda məscidlər - Araşdırma


 

Ermənistanda məscidlər - <b style="color:red">Araşdırma </b>

44 günlük şanlı Vətən müharibəsi bizi neçə illərdən bəri həsrətində olduğumuz torpaqlarımıza qovuşdurdu. 

Bu zəfər günlərində ata-analar öz övladlarını böyük ruh yüksəkliyi ilə vətən torpaqlarını mənfur erməni faşistlərilə ölüm-dirim savaşına yola salırdılar. Hərbi Komissarlıqlarda cəbhəyə getmək üstündə əsl dava düşürdü. Siyahıya alınmaq üçün inadkar gənclər cəbhəyə getmək üçün növbədə dayanarkən yanındakının evli olduğunu, onun uşaqlarının varlığını öyrənib, davaya məhz özünün göndərilməsini tələb edirdi. Beləcə, ayyarımlıq müharibə bütün dünyaya göstərdi ki, Vətəni qorumaq üçün "hər an hüququndan keçməyə hazır əsgərlərimiz" minlərlə, onminlərlədir.

30 il işğal altında qalmış torpaqlarımız azad olundu. Azad edilmiş torpaqlara ayaq basan əsgərlərimiz bir vaxtlar abad olan şəhər və kəndlərimizin yerində, sözün əsl mənasında xarabazarlara çevrilmiş çöllü biyabanlarla rastlaşdılar. Azad olunmuş torpaqlarda basdırılmış minalar bizə müqəddəs torpaqlarımızda sərbəst gəzməyə hələlik imkan vermir. Erməni faşistlərinin  başı müvəqqəti yaşadığı, çörəyini yediyi torpaqlardan çıxarkən bu torpaqlara daha nə cür ziyan yetirməyin yollarını "icad etməyə pərgar" olub. Amma yağı düşmən dünyada qiyməti olmayan üç neməti - torpağı, suyu, günəşi də özü ilə apara bilməyəcək ki. Torpaq da, Su da, Günəş də əbədidir və qədrini bilənləri həmişə məsud edəcək. Biz də tezliklə işğaldan qurtarılmış torpaqlarımızda həyatın yenidən canlandığını görəcəyik.

Noyabrın 9-dan 10-na keçən gecə müharibənin dayandırılması üçün üçtərəfli sülh bəyannaməsi imzalandı. Müharibə qurtardı. 10 noyabr bəyannaməsindən sonra Rusiya tərəfi bir mesaj göndərdi ki, işğaldan azad olunmuş ərazilərdəki xristian kilsə və məbədlərinin qorunub saxlanılmasına Azərbaycan dövləti xüsusi qayğı göstərsin. Görəsən, bu mesaj göndərənlərin işğal olunmuş torpaqlarımızdakı dağıdılmış, viran qoyulmuş məscidlərimizdən, Ermənistan ərazilərində dağıdılmış minillik ibadət yerlərimizdən xəbərləri varmı?..

Sizə təqdim olunan bu yazıdakı faktlar əcdadlarımızın bu gün Ermənistan adlanan ərazilərdə min illərlə yaşadıqlarını faktlarla sübut edir. Özü də bu faktları ingilis coğrafiyaşünası X.F.Linç yazır.

Qarşımda bir kitab var: "Armeniə" (Putevıe oçerki i etödı). 1910-cu ildə Tiflisdə M.Martirosyansın Puşkin küçəsi mənzil 3-də yerləşən mətbəəsində çox nəfis şəkildə çap olunub. Kitabı İngiltərə parlamentinin və Kral Coğrafiya Cəmiyyətinin üzvü, Şərq ölkələri üzrə məşhur səyyah, XIX əsrin axırlarında 2 dəfə - 1893 və 1898-ci ildə Ermənistana səyahət etmiş X.F.Linç yazıb. Əsəri ingilis dilindən rus dilinə Yelizaveta Cunkovskaya tərcümə edib. Kitabın erməni dilinə tərcümə olunub-olunmamasından xəbərim yoxdur. İki hissədən ibarət kitabın birinci cildində 197 şəkil, illüstrasiya, xəritə, müxtəlif planlar, biblioqrafik siyahılar yer alıb, Ermənistanın və onunla sərhəd ölkələrin xəritəsi verilib. Titul səhifəsində bu məlumatlardan sonra "I cild, Rusiya əyalətləri" sözləri yazılıb. Maraqlıdır ki, rus dilində çap olunan kitab Rusiyada deyil, məhz Tiflisdə erməni mətbəəsində çap olunub. 600 səhifəlik kitab 22 fəsildən ibarətdir. Kitab haqqında geniş məlumat vermək fikrində deyiləm. Yalnız "Ermənistan" kitabında türk məhəllələri, məscidlər haqqında məlumatları oxucuya qısa şəkildə çatdırmaq istəyirəm. Beləliklə, əsərdə yazılır: "Şəhərin (İrəvanın) əhalisi sıx olan məhəllələri ikiyə - şərq və qərb hissələrinə bölünüb. Şərq hissəsində türklər, qərbdə ermənilərby məskunlaşıb. Türklərby məhəlləsində məscid, ermənilər məhəlləsində isə kilsə var. Kilsələr daşdan tikilib, kiçikdir və gözə çarpan deyil. Onlar yaxın keçmişdə, zövqsüz şəkildə bərpa edildiyindən tanınmaz dərəcədə dəyişib...



Müqəddəs Zoravar kilsəsindən Tiflis yoluna qayıdıb asanlıqla mərkəzi parka düşmək olar. Müsəlmanların Göy məscidi - Göy Cami də buraya yaxındır. Bu məscid İrəvandakı türk evlərinin əhatəsində yerləşir. Məscidin yaxınlığında erməni məhəllələri də var. Kiçik dükanları olan bazarın ensiz küçələri gəlib məscidə çıxır. Məscidə divarları rəngbərəng kərpiclərlə haşiyələnmiş əzəmətli minarənin yanındakı gözəl qapıdan daxil olurlar. Həyətin ortasında suyu kənarlarından aşıb-daşan hovuz var. Bura qocaman qarağaclar kölgə salır. Georginlər əkilmiş çiçək ləkləri göz oxşayır...

Uzunu 87, eni 58 addım olan həyətdə ecazkar sakitlik hökm sürür. Bir hörmətli molla bizə dedi ki, Göy Cami Nadir şahın dövründə (1736-1747) sərdar Hüseyn Əlixan tərəfindən tikilib.

... Mən türk məhəllələrində üç məscid saydım - Hacı Nəsrulla bəy məscidi və Şer Cami şəhər məscidi formasına görə tamamilə bir-birinin eynidir. Onların qapılarının çöl tərəfində türk dilində inşa tarixini göstərən yazılar var. Biz belə başa düşdük ki, məscid hicri tarixi ilə 1098-ci ildə tikilib. Həyətində gül-çiçəklər əkilib... İnsan burada dincəlmək üçün bundan artıq heç nə arzulamazdı.



... Ani şəhərində görkəmli binalardan biri də çoxkünclü minarəsi olan məsciddir. Aninin ilk hakimi Manuçöhr (1028-1034) dövründə tikilən məscid Arpa çayının sağ sahilindəki qayanın üstündə, dağılmış körpünün yanında ucalır.

... Görəsən, bu gün Ermənistan ərazisində bu tarixi abidələrdən sağ-salamat qalanı varmı?

 





01.12.2020    çap et  çap et