525.Az

“Suqovuşanın azad olunmasına görə” medalının Əsasnaməsi təsdiqləndi


 

“Suqovuşanın azad olunmasına görə” medalının Əsasnaməsi təsdiqləndi<b style="color:red"></b>

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnamə təsdiq edilib.

525.az-ın məlumatına görə, “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif ediləcək.

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Döyüşdə fərqlənməyə görə” medalından sonra taxılır.

 





01.12.2020    çap et  çap et