525.Az

Bir sıra elmi müəssisə və təşkilatların siyahısı dəyişdi


 

Bir sıra elmi müəssisə və təşkilatların siyahısı dəyişdi<b style="color:red"></b>

Nazirlər Kabineti “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

525.az-ın məlumatına görə, dəyişiklik Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu,  M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu,  V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu və Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədar uyğunlaşdırma xarakteri daşıyır.

Beləliklə, “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı” həmin qurumlar artıq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə bölmədə yer alıb.

 





01.12.2020    çap et  çap et