525.Az

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin statusu dəyişdi


 

Naxçıvanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin statusu dəyişdi<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

525.az-ın məlumatına görə, fərmana əsasən,  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə çevrilib.

Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiqlənib.

 





01.12.2020    çap et  çap et