525.Az

Bərdədə mənşəyi bilinməyən ət aşkarlandı


 

Bərdədə mənşəyi bilinməyən ət aşkarlandı<b style="color:red"></b>

Saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də var

Bərdə rayonunda yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı məlum olub ki, Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli miqdarda ət var.
 
DBX-nin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli APA-nın Qarabağ bürosuna bildirib ki, S. Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb: "Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar".
 
APA-nın Qarabağ bürosu xəbər verir ki, reydə DBX rəisi Siyalə Rüstəmova rəhbərlik edir.

 





14.02.2014    çap et  çap et