525.Az

Goranboyda güclü yanğın: Ev sahibi öldü


 

Goranboyda güclü yanğın: <b style="color:red">Ev sahibi öldü</b>

Fövqəladə Hallar Nazirliyi Goranboyda baş vermiş yanğın barədə məlumat yayıb.

525.az-ın xəbərində görə, məlumatda bildirilir ki, Goranboy rayonunun Kürəkçay qəsəbəsində (Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 20 km aralı) ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində (arakəsmələri, tavanı və döşəməsi taxta konstruksiyalardan ibarət) ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlunun yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarətləri alıb.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 





02.12.2020    çap et  çap et