“Təəssüf ki, 1 ilə qədər vaxt keçməsinə baxmayaraq, koronavirusun peyvəndi hələ tapılmayıb”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
O qeyd edib ki, insanlar hər kəsə bəlli olan çox sadə qaydalarla özlərini qorumalıdırlar:
“Ölkədə son 9 ay ərzində çarpayı fondu dəfələrlə artırılıb. Səhiyyəsi ən inkişaf etmiş ölkələrdə belə çatışmazlıqlar mövcuddur. Tendensiya bu şəkildə davam edərsə, ölkəmizdə də bu çətinliklərlə rastlaşacağıq”.