525.Az

"Son 9 ayda çarpayı fondu dəfələrlə artırılıb"


 

"Son 9 ayda çarpayı fondu dəfələrlə artırılıb"<b style="color:red"></b>

“Təəssüf ki, 1 ilə qədər vaxt keçməsinə baxmayaraq, koronavirusun peyvəndi hələ tapılmayıb”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

O qeyd edib ki, insanlar hər kəsə bəlli olan çox sadə qaydalarla özlərini qorumalıdırlar:
 
“Ölkədə son 9 ay ərzində çarpayı fondu dəfələrlə artırılıb. Səhiyyəsi ən inkişaf etmiş ölkələrdə belə çatışmazlıqlar mövcuddur. Tendensiya bu şəkildə davam edərsə, ölkəmizdə də bu çətinliklərlə rastlaşacağıq”.

 





02.12.2020    çap et  çap et