525.Az

Efir məkanında kompleks profilaktika işləri aparılacaq


 

Efir məkanında kompleks profilaktika işləri aparılacaq <b style="color:red"></b>

Dekabrın 14-də Azərbaycanın efir məkanında qrafikə uyğun olaraq kompleks profilaktika işləri aparılacaq.

525.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Kompleks profilaktika işləri təsdiq olunan cədvələ uyğun olaraq il ərzində rübdə bir dəfə olmaqla 4 dəfə həyata keçirilir.

Qeyd edək ki, cari ildə efir məkanında kompleks profilaktika mart, iyun və sentyabr aylarına keçirilib.

 





01.12.2020    çap et  çap et