525.Az

"Aparılan məhkəmə-hüquq islahatları bu sahədə xeyli keyfiyyət dəyişikliyi yaradıb"


 

"Aparılan məhkəmə-hüquq islahatları bu sahədə xeyli keyfiyyət dəyişikliyi yaradıb"<b style="color:red"></b>

 

 

 

NATİQ ABDULLAYEV: "VƏTƏNDAŞ CƏMİYYƏTİNİN QURULMASI ÜÇÜN HÜQUQİ İSLAHATLARIN DÜZGÜN İSTİQAMƏTDƏ APARILMASI İNKİŞAF ETDİRİLMƏSİ ZƏRURİ ƏHƏMİYYƏT DAŞIYIR"

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti tərəfindən hüquqi dövlət quruculuğunun vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulan bu prinsiplər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç şübhə yox ki, vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi, eləcə hüquqi dövlət quruculuğunda hüquqi islahatların əhəmiyyətli rolu var. "Hüquqi İslahatlara Yardım Mərkəzi" İctimai Birliyinin sədri Natiq Abdullayevlə söhbətimizi bu istiqamətdə qurduq.

- Natiq müəllim, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə hüquqi dövlət quruculuğun, həmçinin vətəndaş cəmiyyəti institutlarının yaranması inkişafı baxımından mühüm addımlar həyata keçirildi. Müstəqilliyin ilk illərində başlayan bu prosesi necə xatırlayırsız?

- Həqiqətən 1993- ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü rəhbərliyi altında gənc, müstəqil respublikamızın dövlət suverenliyinin, iqtisadi qüdrətinin möhkəmləndirilməsi, ölkədə vətəndaş cəmiyyətinin qurulması inkişaf etdirilməsi məqsədilə geniş miqyaslı islahatlar həyata keçirilməyə başlandı. Dövlət cəmiyyət həyatının müxtəlif sahələrində aparılan iqtisadi, sosial, mədəni islahatlarla yanaşı, hüquqi islahatlar da, təbii ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun prioritet prinsiplərindəndir. Şübhəsiz ki, güclü dövlətin, güclü cəmiyyətin əsas sütunlarından biri hüquqi dövlət quruculuğudur. Bir çox sahələrdə olduğu kimi bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı addımlar atılaraq, mühüm tədbirlər, islahatlar həyata keçirildi hazırda da bu proses davam etdirilir.

Müstəqilliyini yenicə qazanmış respublikanın dünya birliyinə inteqrasiya yoluna qədəm qoyması, ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması, demokratik, vətəndaş cəmiyyətinin qurulması üçün, ilk növbədə, cəmiyyət həyatının bütün sahələrinə aid olan hüquqi islahatların düzgün istiqamətdə aparılması inkişaf etdirilməsi zəruri əhəmiyyət daşıyır. Bunu inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir.

12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra ölkədə hüquqi islahatlar daha da sürətləndi, qanunvericilik bazasının təkmilləşdirilməsi, struktur islahatlarının aparılması digər məsələlər yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Ötən əsrin 90- illərindən əsası qoyulan hüquqi islahatların aparılması ilə demokratik, dünyəvi dövlət quruculuğundan tutmuş müasir dünya birliyinə inteqrasiya, azad vətəndaş cəmiyyətinin formalaşması, məhkəmə hakimiyyətinin qanunauyğun fəaliyyətinin təmin olunması, insan, vətəndaş hüquq azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi dövlət tərəfindən qorunması kimi prinsipial məsələlərin konseptual həlli istiqamətləri müəyyənləşdirildi. Azərbaycan dövləti tərəfindən islahatlar, o cümlədən, hüquqi islahatlar bu gün davam etdirilir.

- Son illər ərzində dövlət tərəfindən aparılan məhkəmə hüquq islahatları barədə deyə bilərsiz?

- Azərbaycan dövləti tərəfindən son 10 ildə aparılan məhkəmə-hüquq islahatları nəticəsində ölkənin məhkəmə sistemi keyfiyyətcə xeyli dəyişilmiş, məhkəmə sistemi struktur baxımından yenilənib. İstər yerli, istərsə xarici investorların iqtisadi fəaliyyət zəminində yaranmış mübahisələrinin həllində, o cümlədən vətəndaşların hüquq azadlıqlarının qorunmasında dövlət məhkəmələri üzərinə düşən ədalət mühakiməsi funksiyalarını yerinə yetirirlər. Eyni zamanda, qloballaşan dünyaya inteqrasiya edən Azərbaycan Respublikasında mübahisələrin alternativ həlli üsullarının tətbiq edilməsi günün tələbidir. Məlum olduğu kimi, ən təkmil inkişaf etmiş ədalət mühakiməsi sistemləri olan ölkələrdə mübahisələrin məhkəmədənkənar, alternativ üsullarla həlli metodları geniş tətbiq olunur, arbitraj mediasiya kimi vasitələr institusional formada inkişaf edirlər.

- Bu sahədə qeyri-hökumət təşkilatlarının rolu nədən ibarətdir?

- Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının ardıcıl davam etdirilməsi zəruridir. Bu prosesdə vətəndaş cəmiyyətinin ayrı-ayrı strukturlarının fəal iştirakı, dövlət siyasətinin cəmiyyətə çatdırılması, təbliği üçün ictimai təşkilatların məqsədyönlü aparması müsbət rol oynayır. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən ictimai təşkilatların konstruktiv fəaliyyəti əhəmiyyətlidir. Cəmiyyətin ayrı-ayrı sahələri üzrə dövlət siyasətinin təkmilləşdirilməsi, geniş təbəqələrin maarifləndirilməsi işində ictimai təşkilatların fəaliyyəti dövlət qayğısı ilə əhatə olunub.

- Şübhəsiz ki, cəmiyyət həyatının ən müxtəlif sahələri üzrə ixtisaslaşmış ictimai təşkilatlar beynəlxalq təcrübənin öyrənilərək əhali arasında maarifləndirmə işlərinin aparılmasında, dövlət siyasətinin bu ya digər sahədə dəstəklənməsində, proqramların hazırlanaraq həyata keçirilməsində fəal iştirak edirlər.

- Elədir. İnsan hüquqlarının qorunması, hüquqi biliklərin yayılması əhalinin maarifləndirilməsi sahəsində bir çox ictimai təşkilatlar fəaliyyət göstərirlər, onların bəzilərinin uğurlu nəticələri var. Eyni zamanda, araşdırmalar göstərir ki, bütövlükdə hüquqi islahatların planlaşdırılması, hüquqi islahatlar sahəsində dövlət proqramlarının dəstəklənməsi məqsədilə ixtisaslaşmış müstəqil qurumların yaradılmasına fəaliyyətinə zərurət var. "Hüquqi İslahatlara Yardım Mərkəzi" İctimai Birliyinin yaradılması fəaliyyətə başlaması da bu zərurətdən irəli gəldi. Azərbaycan Respublikasının Konstitusiyasına, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan təşkilatımızın əsas məqsədi beynəlxalq təcrübəyə normalara uyğun şəkildə respublikada hüquqi islahatların reallaşmasına yardım proqramları hazırlamaq, öz əməli fəaliyyəti ilə bu islahatlara yardım etmək, aparılan hüquqi islahatların daha səmərəli nəticələr verməsi üçün müvafiq təbliğat işlərini aparmaq, milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində təkliflərlə çıxış etmək, arbitraj mediasiya institutunun təşkili vasitəsilə, beynəlxalq təcrübədə mövcud olan mübahisələrin məhkəmədən kənar həlli üsullarının respublikamızda tətbiqinə nail olmaq, həmçinin hüquq təhsili tədrisi məsələlərinin təkmilləşdirilməsinə, eləcə təcrübi hüquqşünaslığın formalaşmasına nail olmaq üçün elmi analitik araşdırmalar aparmaqdır.

Göründüyü kimi, mərkəzin əsas məqsədləri kimi sadalanan məsələlər digər təşkilatlar tərəfindən diqqət mərkəzindən nisbətən kənarda qalan problemlərdir. "Hüquqi İslahatlara Yardım Mərkəzi" fəal vətəndaşlıq sırf peşəkarlıq mövqeyindən çıxış edərək, bütövlükdə cəmiyyət həyatını əhatə edən hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinə öz töhfəsini vermək əzmindədir. İqtisadi inkişaf sahəsinin qabaqcıl dünya dövlətlərinin bir neçə onilliklər müddətində keçdiyi yolu cəmi bir neçə il ərzində qət edən Azərbaycan Respublikası öz inkişafının elə mərhələsindədir ki, artıq vətəndaş cəmiyyətinin bərqərar olmasına təkan verən müstəqil hüquq institutlarının ölkəmizdə yaradılması inkişaf etdirilməsi zərurəti yaranıb. "Hüquqi İslahatlara Yardım Mərkəzi" məhz bu cür aktual problemlərin aşkarlanaraq həll olunması, dövlət strukturlarının diqqətinin bu sahələrə yönəldilməsi, mübahisələrin məhkəmədənkənar həllinin arbitraj, mediasiya digər yolları kimi beynəlxalq hüquq institutlarının ölkəmizdə populyarlaşdırılması istiqamətində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub.

AQİL

(Ardı var)

 





14.02.2014    çap et  çap et