525.Az

"Ermənistan anlamalıdır ki, başqa yolu yoxdur"


 

Rövşən Rzayev: "Rəsmi İrəvan icmalararası dialoqa dair təşəbbüsli hər vəchlə rədd edir"

"Ermənistan anlamalıdır ki, başqa yolu yoxdur"<b style="color:red"></b>

Xəbər verildiyi kimi, Azərbaycan nümayəndə heyəti yanvarın 27-dən 31-dək Strasburqda Avropa Şurası Parlament Assosiasiyasının qış sessiyasında iştirak edib. Sessiyada müzakirələr zamanı azərbaycanlı deputatlar Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalın doğurduğu fəsadları bir daha avropalı həmkarlarının diqqətinə çatdırıblar. Nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında Dağlıq Qarabağın azərbaycanlı erməni icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd edərək AŞPA rəhbərliyini məsələyə diqqət ayırmağa çağırıb. Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədr müavini, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayevdən bu mövzuda suallarımıza cavab verməsini xahiş etdik.

- Dağlıq Qarabağın azərbaycanlı erməni icmaları arasında dialoq məsələsi AŞPA-nın əvvəlki sessiyalarında da qaldırılıb. Sizcə, bu dialoq münaqişənin nizamlanması prosesinə hansı töhfəni verə bilər?

- Artıq bir neçə ildir ki, icmalararası dialoq barədə məsələ müxtəlif  beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən AŞPA-nın sessiyalarında müntəzəm olaraq qaldırılır. Biz hesab edirik ki, icmaların dialoqu danışıqlar prosesinə müsbət impuls verə bilər. Azərbaycanlılar ermənilər uzun illər Dağlıq Qarabağda yanaşı yaşayıblar iki xalqın dinc yanaşı yaşamasına alternativ yoxdur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz münaqişənin beynəlxalq hüquq əsasında ədalətli sülh yolu ilə nizamlanmasına səy göstərir. Azərbaycan rəhbərliyi həmçinin erməni tərəfi ilə müxtəlif səviyyələrdə dialoqa dair təşəbbüsləri dəstəkləyir. Xatırladaq ki, 2007 2009-cu illərdə Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri Ermənistana Dağlıq Qarabağa səfər etmişdilər bu addım Azərbaycan prezidenti tərəfindən dəstəklənmişdi. Biz bu prosesin davamı olaraq birbaşa ünsiyyətə, ictimaiyyət təmsilçilərinin, iki icma ziyalılarının dialoquna təşəbbüs göstəririk bu məsələdə bizə beynəlxalq təşkilatların köməyi lazımdır.

Avropa Şurasının Parlament Assambleyası da belə bir dialoqun qurulmasına təsir göstərə bilər. 2005-ci il yanvarın 25- Assambleya "Dağlıq Qarabağ regionunda münaqişə haqqında" 1416 nömrəli xüsusi qətnamə qəbul etmişdi. AŞPA-da Azərbaycan Ermənistan deputatlarının iştirakı ilə Dağlıq Qarabağ məsələsi üzrə alt komitənin yaradılması da həmin qətnamənin nəticələrindən biri olmuşdu. Alt komitənin üçün real fəaliyyət göstərmədiyi isə artıq başqa söhbətin mövzusudur. Onu da deyim ki, iki ölkənin xalqları arasında barışıq, inam qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məsələsi sözügedən qətnamənin əsas müddəalarından biridir. Sənəddə Assambleya Azərbaycan Ermənistan rəhbərliyini bu istiqamətdə səy göstərməyə çağırır.

Ötən ilin iyununda, yay sessiyasında Assambleyanın ovaxtkı sədri Jan-Klod Minyonun təşəbbüsü ilə AŞPA-da Azərbaycan Ermənistan nümayəndə heyətlərinin ilk görüşü keçirildi. Təxminən iki saat çətin, amma faydalı fikir mübadiləsi aparıldı.  Doğrudur, prosesi davam etdirmək mümkün olmadı. Ümid etmək istərdim ki, AŞPA-nın yeni seçilmiş sədri xanım Ann Brasserə həmin görüşləri bərpa etmək onları faydalı, keyfiyyətli səviyyəyə qaldırmaq müyəssər olacaq.

- Lakin bu təşəbbüslərə baxmayaraq, Ermənistan icmalararası dialoqa mane olur...

- Rəsmi İrəvan Dağlıq Qarabağın erməni icmasını münaqişənin üçüncü (Ermənistan Azərbaycan ilə yanaşı) tərəfi kimi təqdim etməyə cəhd göstərir onu danışıqlar masası arxasında bu statusda əyləşdirmək istəyir. Buna görə Ermənistan rəhbərliyi həm bizim tərəfimizdən, həm müəyyən beynəlxalq dairələr tərəfindən icmalararası ünsiyyətə dair təşəbbüslərə qarşı çıxır. 2011-ci ilin dekabrında Dağlıq Qarabağın azərbaycanlı icması Berlində erməni tərəfi ilə dialoq-forum keçirmək təşəbbüsü ilə çıxış etdi. Rəsmi İrəvan Dağlıq Qarabağ ermənilərinin Berlinə nümayəndə göndərməsinə icazə vermədi. Bununla belə, İrəvandan bir neçə QHT nümayəndəsi Almaniyada təhsil alan erməni tələbələr həmin görüşdə iştirak etdilər.

Biz hesab edirik ki, belə görüşlər qarşılıqlı anlaşmaya nail olmaq üçün, tərəflərin öz itkilərini, mövcud vəziyyətin zərərini dərk etməsi üçün çox vacibdir. Münaqişənin davam etməsi hər iki tərəfdə yeni itkilər deməkdir. Bu günlərdə cəbhə xəttində baş vermiş atışmalar bunu bir daha göstərdi. Əminəm ki, münaqişə dinc yolla həll ediləcək. Bizim dialoqla bağlı təşəbbüslərimiz ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Ermənistan prezidentləri XİN başçıları səviyyəsində aparılan danışıqlar prosesinə qoşulmaq məqsədi güdmür. İcmaların dialoqu qarşılıqlı inamın,  münasibətlərdə müəyyən ictimai, psixoloji iqliminin yaradılmasına kömək göstərə bilər. Onsuz da əvvəl-axır bütün münaqişələr beynəlxalq hüquq çərçivəsində, dinc danışıqlar yolu ilə həll olunmalıdır.

- Beynəlxalq hüquq baxımından Ermənistanın Qarabağ ermənilərini münaqişənin bir tərəfi kimi təqdim etmək səyini necə qiymətləndirirsiniz?

- Bu cəhdlərin heç bir beynəlxalq hüquqi əsası yoxdur. 1992-ci ilin martında ATƏT ölkələri nazirlər Şurasının Helsinki görüşünün yekun sənədi əsasında formalaşmış Minsk qrupunun mandatında Dağlıq Qarabağ münaqişəsinin tərəfləri dəqiq göstərilib:  bu, Ermənistan Azərbaycandır. Həmin sənəddə Dağlıq Qarabağın erməni azərbaycanlı icması münaqişədə maraqlı tərəflər kimi qeyd olunub. Beləliklə, münaqişənin hər hansı üçüncü tərəfi barədə söhbət gedə bilməz. Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair bütün sonrakı sənədləri bu prinsipə əsaslanır ATƏT-in Helsinki sənədinə istinad edir.

- Erməni tərəfinin daha bir "sevimli" mövzusu millətlərin öz müqəddəratını təyinetməsi hüququ ilə bağlıdır. Siz bununla bağlı deyə bilərsiniz?

- Erməni tərəfi münaqişənin əvvəlindən bu məsələdə öz müqəddəratını təyinetmə hüququnun mahiyyətini təhrif etməyə çalışır. Beynəlxalq hüquqa dair bütün sənədlərdə dəqiq göstərilir ki, milli azlıqların müqəddəratı konstitusiya hüquq əsasında, dinc yolla öz həllini tapmalıdır. Millətlərin öz müqəddəratını təyinetməsi ölkələrin ərazi bütövlüyü sərhədlərinin toxunulmazlığı prinsiplərinə zidd olmamalıdır. Əksinə, milli azlıqlar ölkənin ərazi bütövlüyü çərçivəsində ən geniş muxtariyyətədək öz müqəddəratlarını müəyyən edə bilərlər dünyada buna dair nümunələr çoxdur.

Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq sənədlər - BMT Təhlükəsizlik Şurasının 1993- ilə qəbul olunan dörd qətnaməsi, BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsi başqa sənədlər Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə dəstəklənən, "öz müqəddəratını təyinetmə" adı altında gizlədilən Dağlıq Qarabağdakı erməni separatizmi isə nəinki beynəlxalq hüquq normalarını pozur, həm birbaşa silahlı təcavüz vasitəsilə həyata keçirilir.

BMT Baş Assambleyasının 24 oktyabr 1970-ci il tarixli qətnaməsində dəqiq deyilir ki, millətin öz müqəddəratını təyinetmə hüququ mütləq qüvvə tətbiq edilmədən həyata keçirilməlidir. Sənəddə göstərilir ki, "bütün xalqların öz müqəddəratını təyinetmə hüququ var; onlar bu hüquqa əsasən öz siyasi statuslarını sərbəst müəyyən edir öz iqtisadi, sosial mədəni inkişaflarını həyata keçirirlər", "ölkənin milli birliyini ərazi bütövlüyünü qismən yaxud tamamilə dağıtmağa yönəldilmiş hər hansı cəhd Birləşmiş Millətlər Təşkilatının məqsəd prinsipləri bir araya sığmır".

Ermənistan suveren Azərbaycanın ərazisini işğal edib, Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıb, sonra da onun ətrafındakı yeddi rayonu tamamilə dağıdaraq dinc əhalini torpaqlarından didərgin salıb. İndi isə bu işğalın nəticəsi olaraq Dağlıq Qarabağ ermənilərinin "öz müqəddəratını təyinetmə" hüququnu reallaşdırmağa cəhd göstərir. Bəs azərbaycanlı icması haradadır, onun tarixi torpaqlarında, doğma yurdunda yaşamaq hüququ necə olsun?

Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinə dair  AŞPA-nın yuxarıda qeyd etdiyimiz 1416 saylı qətnaməsində ərazi bütövlüyü prinsipinin dəyişməzliyi vurğulanır. Qətnamənin 2-ci bəndində deyilir: "Assambleya bir daha təsdiq edir ki, bir dövlətin ərazisindən regional ərazinin ayrılması müstəqilliyi etnik qovulmaya bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanuni dinc proses vasitəsilə əldə oluna bilər. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladır münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir".

Ermənistan beynəlxalq hüquq normalarını inkar edərkən, müxtəlif bəhanələrlə dialoqun baş tutmasına, qarşılıqlı anlaşma körpülərinin salınmasına müqavimət göstərərkən anlamalıdır ki, dinc nizamlanmaya getməkdən savayı onun başqa yolu yoxdur. Təəssüf ki, böyük dövlətlərin bir sıra rəsmi şəxsləri öz əməl bəyanatlarında siyasi tərəfkeşlik ziddiyyət nümayiş etdirməklə Ermənistanın bu mövqeyinə göz yumurlar. İstərdik ki, münaqişənin nizamlanmasında vasitəçilik edənlər daha çox məsuliyyət, konstruktivizm obyektivlik göstərsinlər. Ərazi bütövlüyü sərhədlərin pozulmazlığı prinsipləri, beynəlxalq hüquqa dair sənədlər bütün dünyada sülhün sabitliyin təmin edilməsində əsas prioritetdir. Başqa yol yoxdur!

Vəfa MƏMMƏDLİ

 





14.02.2014    çap et  çap et