525.Az

Əli Kərimli-Cəmil Həsənli tandemi opponentlərini vurur


 

XƏDİCƏ İSMAYILOVANIN “CASUS HESABATI”NA KƏSKİN REAKSİYA

Əli Kərimli-Cəmil Həsənli tandemi opponentlərini vurur <b style="color:red"></b>

Jurnalist  Eynulla Fətullayevin müəllifi olduğu "Tam məxfi: ABŞ kəşfiyyatçıları Xədicə İsmayılovanın casus hesabatı" adlı məqaləsi böyük səs-küyə səbəb olub. Məqalədə Xədicə İsmayılovanın casusluq fəaliyyəti ilə bağlı məqamlar yer alıb. Yazıda qeyd olunur ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iki tədqiqatçısı - Con Zadrozni Daniel Vajdiçin Bakı səfərində X.İsmayılova digər şəxslərlə görüşündə Azərbaycan müxalifətində kimlərin hakimiyyətə işləməsinə dair məlumat əldə etmək istəyib.

Yazıda bildirilir ki, bu şəxslər rəsmən Senatın əməkdaşları olsalar da, Rusiya qaynaqlarının iddiasına görə, onların ikisinin ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılığı var. Qeyd edilir ki, onların Bakıya səfərinin bircə çox açıq-aydın məqsədi vardı - kəşfiyyat məlumatları toplamaq. X.İsmayılovanın onlarla birgə olması isə məhz onun da gizli qüvvələrə işlədiyini göstərir. Yazıya görə, Senat əməkdaşları ilə görüşdə X.İsmayılova Azərbaycandakı vəziyyətlə bağlı öz nöqteyi-nəzərindən qonaqlara əməlli başlı məlumat verib. O, ABŞ-ın buradakı demokratik qüvvələrə dəstək verməməsində şikayətlənib. X.İsmayılova isə öz növbəsində qonaqların istəyini yerə salmayaraq, Azərbaycanda "hakimiyyətə işləyən" müxalifətçilərlə bağlı hazırladığı siyahını da onlara təqdim edib. Maraqlıdır ki, siyahıda daha çox müsavatçıların adları yer alıb. Onun fikrincə, bu şəxslərin hakimiyyətlə əməkdaşlığı artıq ifşa olunub. X.İsmayılova hesabatda onu da vurğulayır ki, bu məlumatlar onun tərəfindən bir qədər əvvəl ABŞ səfirliyinə ötürülüb. Siyahıda bu şəxslərin adları yer alıb:

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu - Daxili İşlər Nazirliyindən maliyyələşir. R.Arifoğlunun siyasi idarəçiliyi bilavasitə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən həyata keçirilir. R.Arifoğlu DİN-ə 2006- ilin avqustundan işləyir.

Müsavat başqanı İsa Qəmbər - hakimiyyət tərəfindən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun köməyi ilə "verbovka" olunub. İsa Qəmbərin fəaliyyətinin koordinasiyası Prezident Administrasiyası tərəfindən Rauf Arifoğlu vasitəsilə həyata keçirilir. İsa Qəmbərin maliyyələşdirilməsi R.Arifoğlunun hər ay DİN-dən aldığı vəsait hesabına həyata keçirilməkdədir. İsa Qəmbərin oğulları Turqut İlkin Qəmbər həmçinin Rauf Arifoğlu tərəfindən maliyyələşdirilir.

Siyasətçi Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ələ alınıb.

Jurnalist Eynulla Fətullayev - 2002-ci ildən Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq edir. Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini - MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. 

Siyasətçi Eldar Namazov - 80-ci illərin sonlarında SSRİ KQB-si tərəfindən "verbovka" olunub. 

İctimai fəal Erkin Qədirli - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə şöbəsinin rəhbəri Fuad Ələsgərovla əməkdaşlıq edir. Onunla tez-tez görüşür bilavasitə F.Ələsgərovun özündən təlimatlar alır.

Jurnalist Babək Bəkir - "Azadlıq" radiostansiyasının Azərbaycan xidmətinin rəhbəri. Xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.

Jurnalist Mehman Əliyev - Babək Muradov adlı sahibkarın vasitəsi ilə MTN- əməkdaşlıq edir.

Əbülfəz Elçibəyin ailəsi - tamamilə Prezident Administrasiyası tərəfindən nəzarət olunur maliyyələşdirilir. Eks-prezidentin ailəsi ilə administrasiya arasında vasitəçiliyi Elçibəyin qardaşı Almurad Əliyev həyata keçirir. Administrasiya ilə həmçinin İsa Qəmbərin müavini, keçmiş deputat Arzu Səmədbəyli əməkdaşlıq edir.

Siyasətçi Mirmahmud Fəttayev - Şeyxülislam Allahşükür Paşazadə vasitəsilə hakimiyyətlə əməkdaşlıq qurub.

ReAl hərəkatı İdarə Heyətinin üzvləri Natiq Cəfərli, Zöhrab İsmayıl, Xalid Bağırov hərəkatın digər üzvləri Prezident Administrasiyasının siyasi analiz şöbəsinin rəhbəri Elnur Aslanovla fəal əməkdaşlıq edirlər. Məhz E.Aslanov ReAl hətəkatının yaradılmasının ideya müəllifi təşəbbüskarıdır.

Siyasətçi Sərdar Cəlaloğlu - Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinin müavini Tahir Süleymanov tərəfindən koordinasiya olunur idarə edilir.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir.

Siyahıda göstərilir ki, hüquq müdafiəçisi Elçin Behbudov daxili işlər naziri Ramil Usubov MTN rəhbəri Eldar Mahmudovla əməkdaşlıq edir. X.İsmayılovanın Zadrozni Vajdiçə təqdim etdiyi siyahıda vətəndaş cəmiyyəti sektorunun, QHT KİV-lərin hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan 100-ə yaxın nümayəndəsinin adları göstərilir.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, X.İsmayılovanın hazırladığı hesabatda adının hakimiyyətə çalışan siyasətçilər arasında çəkilməsi onu gözdən salmaq üçün edilib.

Bunun tamamilə uydurma bir şey olduğunu deyən partiya sədri qeyd edib ki, mən orada qeyd olunan, guya, məni koordinasiya edən adamı heç tanımıram: "Azərbaycanda hamı məni tanıyır. Mən təxminən 30 ildir ki, siyasətdəyəm, mənim idarə edilib-edilməyən adam olduğumu hər kəs bilir. Müxalifətdəki yoldaşlar da bilirlər ki, mən heç vaxt müxalifətdə ümumi talpaya qoşulub xornan oxumamışam, iqtidar da bilir ki, mən düzgün hesab etdiyim məsələni həyatım boyu heç kəsə güzəştə getmərəm. Bu mənada, mənimlə bağlı yazılan yazı da məni kiçiltmək, təhqir etmək məqsədi güdür. Bu, tamamilə əsassız informasiyadır. Azərbaycanda həm müxalifətdə, həm QHT-lərdə, həm mətbuatda müəyyən qüvvələr var ki, beynəlxalq təşkilatlarla əlaqə saxlayarkən özlərini daha demokratik göstərmək üçün demokratik kəsimə böhtan atırlar".

X.İsmayılovanın qərəzli jurnalist olduğunu deyən S.Cəlaloğlu bunları bildirib: "O, məndən bir neçə dəfə müsahibə götürüb bütün dinləyicilərin eşidəcəyi qaydada demişəm ki, sən özünü jurnalist kimi aparmırsan, birtərəf kimi aparırsan. Burada verilən sualları da siz özünüz hazırlayırsınız. Amma adama elə gəlir ki, guya o sualları vətəndaşlar verir. Xədicə İsmayılova hansısa məsələyə şərh verir, amma faktı gizlədir. Xədicə İsmayılova həm siyasətçi kimi, tərəf kimi çıxış edir, müəyyən qüvvələri müdafiə, müəyyən qüvvələri isə gözardı edir. Mənə qarşı da onun sağlam münasibəti yoxdur".

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məsələ ilə bağlı bunları söyləyib: "Xədicə İsmayılova konkret iki nazirliyin adını çəkərək deyib ki, Elçin Behbudov həmin qurumlarla əməkdaşlıq edir. Bəli, Xədicənin mənim barəmdə dedikləri ilə razıyam. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Milli Təhlükəsizlik Nazirliyi Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edir. Əlbəttə ki, adları çəkilən nazirliklərlə əməkdaşlıq etməsək, biz onların saxlanma yerində monitorinqlər keçirə bilmərik. Buna icazə verərlərmi? Təbii ki, yox. Bizim onlarla əməkdaşlığımız tam rəsmi qaydadır bu vacibdir. Biz başqa nazirliklərlə - Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi ilə əməkdaşlıq edirik. Bəs, Xədicə bu nazirliklərin adını niyə çəkməyib? Əgər mən bu nazirliklərin rəhbərliyi ilə görüşüb, insanların şikayətlərini birbaşa onların diqqətinə çatdırıramsa, buna ən azı sevinmək lazımdır. Heç kimə imkan vermərəm ki, mənim fəaliyyətimə rəhbərlik etdiyim komitənin adına qara ləkə gətirilsin. Adlarını çəkmək istəmirəm, bəzi insanlar var ki, xarici dövlətlərlə əməkdaşlıq edirlər, onların xüsusi xidmət orqanlarına işləyərək qrantlar alırlar. Həmin şəxslər bir dəfə olsun bir yerdə monitorinq keçirməyiblər, kiminsə hüquqlarını müdafiə etməyiblər. Bəs, hansı fəaliyyətinə görə onlar pul alırlar? Təbii ki, gizlin əməllərinə görə. Xədicə özü xarici dövlətin agentidir. Onun mənim barəmdə dedikləri, məni "donos" siyahıya salması, "qara siyahı"da adımı çəkməsi tamamilə əsassızdır. Belə şeyləri deyəndə faktla danışmaq lazımdır, uydurma, cəfəng fikirlərlə heç nəyə nail olmaq mümkün deyil. Məhz, bütün bunlara görə, Xədicə İsmayılovaya ar olsun".

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sözügedən siyahı ilə bağlı belə deyib: "Dövlətimə, millətimə, xidmət edirəm. Kim deyir, desin. Adımın Xədicə İsmayılova siyahısında o formada çəkilməsi isə, həqiqətə uyğun deyil, onun yazdıqları tamamilə uydurmadır".

Bu hesabatla bağlı heç söyləmək istəmədiyini deyən hüquq müdafiəçisi Səidə Qocamanlı ABŞ məxfi orqanlarına ötürülən hesabatın yalan olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın milli azadlıq hərəkatında iştirak edən insanlara çamur atmağa heç kəsin ixtiyarı yoxdur: "Amma biz hər halda bu məsələni araşdıracağıq. Görək, bu hesabatın kökündə durur?".

Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib ki, indiyədək heç kimə işləməmişəm: "Yalnız Allaha işləmişəm. Bu cür böhtanları, yalanları yazanlar gedib başlarını daşın altına qoysunlar. Bu günə qədər heç kimə işləmədiyi kimi, bundan sorna da heç kimə işləməyəcəm. Elçibəyin ailəsinə dövlət tərəfindən qanunla verilən yardımdan da xəbərim yoxdur. Mənim buna aidiyyətim yoxdur, qarışmıram da. Bu məsələlərlə bağlı ailəsi bilər. Mənə deyəndə ki yardım edək, mən dedim ki, yaxşı olar. Özləri bilər, yazırlarsa yazsınlar, amma belə şey yazmaqdansa başlarını daşın altında qoysalar yaxşı olar".

Millət vəkili Çingiz Qənizadə X.İsmayılova ilə ümumiyyətlə ünsiyyətdə olmadığını dilə gətirib: "Çünki o özünü jurnalist kimi deyil, daha çox radikal müxalifətin nümayəndəsi kimi aparır, ittiham xarakterli fikirlər bildirir. İnanıram ki, bu insan belə bir siyahının hazırlanmasında maraqlıdır. Ona görə ki, o özündən başqa heç kimi bəyənmir. Öz maraqları üçün kiməsə şər, böhtan ata bilər. Konkret olaraq Azərbaycanın hüquq müdafiəçilərinin, ictimai-siyasi xadimlərinin adlarının bu formada verilməsi onun necə biri olduğunu əyani sübut edir. Hər kəs bilir ki, hüquq müdafiəçiləri bitərəf olur, müxalifətin, iqtidarın tərəfində olmur. Onlar yalnız haqqın yanında olurlar. Hakimiyyətdə olan insanlarla hər hansı bir formada əlaqələrin qurursa yaxud, bir masa ətrafında hansısa müzakirələr aparırsa bu normal haldır. Bunu hakimiyyətə satılmaqda, onlardan göztəriş almaq kimi vurğulamaq düzgün hal deyil. Bu ancaq ancaq qərəzdir. Biz hamımız çalışırıq ki, ölkədə demokratiya, əmin-amanlıq olsun. Gərək Xədicə qeyd edərdi ki, hüquq müdafiəçiləri ilə hakimiyyət arasında əlaqələrin qurucusu mənəm. Mən hər zaman hüquq müdafiəçiləri ilə hakimiyyət nümayəndələrini əməkdaşlıq etməyə dəvət edirəm. Bundan da qürur duyuram. Çünki bununla biz cəmiyyəti düşündürən bir çox problemləri həll etmişik".

Ç.Qənizadə sözügedən hesabatı hazırlayan zaman X.İsmayılovanın AXCP sədri Əli Kərimlidən təlimat alması ehtimalını da istisna etməyib.

Jurnalist Eynulla Fətullayev bildirib ki, X.İsmayılovanın tərtib edib ABŞ-nın senatının əməkdaşlarına təqdim etdiyi siyahı onu sübut edir ki, o adamlar birbaşa ABŞ-ın kəşfiyyat orqanlarına xidmət edirlər, onların casuslarıdırlar: "Xədicə İsmayılova çağırış edib ki, ABŞ Azərbaycan hökuməti ilə "əməkdaşlıq edən şəxslərlə" münasibətlərə son qoysun, ümumiyyətlə heç bir əməkdaşlıq etməsin. Düşünmürəm ki, bu həqiqətə uyğun olan bir siyahıdır. Adımı ləkələməyə cəhd etməsi onun göstəricisidir ki, Xədicə ancaq şəxsi münaqişədə olduğu adamların adını verib. O bununla bir qisasçılıq missiyası yerinə yetirir. Onun "Eynulla bəy məgər masanın altında olub?" fikri onu deməyə əsas verir ki, o həqiqətən belə bir görüş keçirib".

AQİL

 





14.02.2014    çap et  çap et