525.Az

Putin koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verdi


 

Putin koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verdi<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusa qarşı geniş miqyaslı peyvəndləmə barədə göstəriş verib.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Vladimir Putin gələn həftədən həkim və müəllimlərin koronavirusa qarşı geniş miqyaslı peyvəndlənməsinə başlamaq planını açıqlayıb.

Rusiya Prezidenti ölkədə artıq 2 milyon dozaya yaxın koronavirus peyvəndinin istehsal olunduğunu bildirib: “Bu, kütləvi də olmasa, geniş miqyaslı peyvəndləməyə başlamağımıza imkan verir. Peyvəndləmə birinci iki risk qrupunda - müəllimlər və həkimlər üzərində aparılacaq”.

 





02.12.2020    çap et  çap et