525.Az

Azərbaycan Televiziyasının efirə çıxmasından 58 il keçir


 

Azərbaycan Televiziyasının efirə çıxmasından 58 il keçir<b style="color:red"></b>

əməkdar jurnalist

Efir məkanının töhfələri

Ötən əsrin ortalarından başlayaraq dünyada geniş sürətlə yayılan televiziya kanalları hələ tamaşaçıları öz cazibə orbitində saxlamaqdadır. Danılmaz faktdır ki, televizor sadəcə mənzilimizin qiymətli, maraqlı əşyası deyil, həm həyatımızın vacib atributlarından biridir. İstər-istəməz ailəmizin sevimli üzvünə çevrilmiş (ona qonaq demək düz çıxmır, çünki həmişə bizimlədir - F.X.), bu sehirli aləmin hər bir tamaşaçının maraq dairəsinə, zövqünə, dünyagörünüşünə uyğun töhfələri var. Bugünkü internet əsrində belə, günümüzün müəyyən saatlarında biz mütləq televiziyaya baxmalı oluruq. Əlbəttə, sevdiyimiz proqramlar da var, heç baxmadığımız da. Əlbəttə, təqdim olunan verilişlərin mükəmməl olub-olmaması, peşəkar tələblərə uyğun gəlib-gəlməməsi başqa mövzunun söhbətidir. Bu məqalədə bu il efirə çıxmasından 58 il ötən doğma televiziyamızdan danışmaq istərdik.

Dünyada ilk televiziya verilişi yayımlanan gündən iyirmi il sonra Azərbaycanda mavi ekranın - "sehirli qutu"nun əvvəlcə addım-addım, sonra isə daha sürətlə insanların qəlbini fəth etməsi dövrü başladı. 1956- il fevralın 14- ilk dəfə efirə çıxmaqla Bakı studiyası (indiki AzTV) məmləkətimizin ictimai-siyasi mədəni həyatında misilsiz iz buraxdı, xalqımıza möcüzəli anlar yaşatdı. Həmin gün efirin ilk görüntüsü unudulmaz aktrisamız Nəcibə Məlikovanın siması "Göstərir Bakı" kəlməsi ilə yaddaşlarda qaldı.

 

Yüz yaşa doğru

Sovet dövründə Azərbaycanda yalnız bir televiziya radio fəaliyyət göstərirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra teleradio şirkətlərinin sayı da artdı. Hazırda "Azərbaycan Televiziya Radio Verilişləri" QSC-nin nəzdində AzTV ilə yanaşı "Mədəniyyət" "İdman Azərbaycan" kanalları da fəaliyyət göstərir. ANS, İctimai Televiziya, "Lider", ATV, "Space", "Xəzər" kimi ölkəmiqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb. Sovet dönəmində Naxçıvan Qarabağ kimi bölgələrdə fəaliyyət göstərən regional telekanalların sırası Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Tovuz, Şəki, Zaqatala, Yevlax, Xaçmaz cənub rayonlarına qədər genişlənib. Bundan başqa, ABŞ, Kanada Rusiya kimi xarici ölkələrdə "Günaz", "AzCan", "İnterAz" kimi telekanallar mövcuddur.

Qeyd edək ki, bu illər ərzində məhz Azərbaycan Televiziyası paytaxt bölgələrdə yaradılan bütün kanallar üçün böyük məktəb olmuşdur. Ötən dövrün keşməkeşli ziddiyyətli yollarından keçən AzTV bütün sınaqlardan şərəflə çıxmış ölkə teleməkanının birincisi statusunu qoruyub saxlamışdır. Hazırda 58 yaşlı telekanalın "AzTV" loqosu müqəddəs dövlət bayrağımızın rənglərini özündə əks etdirərək, paytaxtımızın ən yüksək məkanlarından birində ucaldılmış müasir korpusun üzərindən hər gün bütün şəhərə işıq saçır. Böyük azərbaycanlı Heydər Əliyevin qayıdışından sonra maddi-texniki bazasını gücləndirmək istiqamətində irəliləyən AzTV İlham Əliyevin prezidentliyi dövründə bu sahədə sürətli köklü dəyişikliklərə nail olub. Məhz bu siyasətin nəticəsində bu gün əminliklə demək olar ki, ölkənin əsas telekanalı iri media holdinqə çevrilib.

2006- ildən başlayaraq, AzTV təkcə maddi-texniki baxımdan deyil, həm yaradıcılıq baxımından yenidən ölkə teleməkanında təkanverici amilə çevrilib. Məhz bu kanal əvvəlki bayağı, süni zövqsüz veriliş proqramlardan imtina edərək, həyatın qalmaqaldan kriminaldan ibarət olmadığına diqqəti çəkdi. Efirdə yalnız milli-mənəvi dəyərləri, yüksək zövqü aşılayan veriliş proqramlar, filmlər, tamaşalar göstərilməyə musiqilər səsləndirilməyə başlandı. Əlbəttə, Azərbaycan hakimiyyətinin ictimai-siyasi, iqtisadi-sosial, mədəniyyət incəsənət sahələrində köklü dəyişikliklərə nail olmaq məqsədilə qəbul etdiyi qərarlar, keçirdiyi irimiqyaslı tədbirlər teleməkanın fəaliyyətinə təsir etməyə bilməzdi.

Hazırda Azərbaycan Televiziya Radio Verilişləri QSC- fəaliyyət göstərən AzTV, "Mədəniyyət" "İdman Azərbaycan" kanallarında folklordan tutmuş Azərbaycan tarixini, ədəbiyyatını, elmini, incəsənətini, kültürünü idmanını əhatə edən müxtəlif olduqca yüksək səviyyədə hazırlanmış veriliş proqramlar göstərilir, dövlətçilik ənənələri, vətənpərvərlik, azərbaycançılıq, turançılıq, maarifçilik, sağlam həyat tərzi təbliğ edilir, informasiya təhlükəsizliyi təmin edilir. "Səhər", "Əbədi abidələr", "Zamanın sorağında", "Poeziya", "Ovqat", "Səadət", "Musiqi xəzinəsi", "Xəbər var", "Zaman məkan", "Klassik irsimizdən", "Azərbaycan dili", "Azərbaycan tarixi", "Azərbaycan Respublikasına xidmət edirəm!", "Çələng", "Dünya rəqsləri", "Rəqsin dili", "Zəka nuru", "Mühazirə", "Məclisi-üns", "İdrak", "Turan", "Teleafişa", "Təmas nöqtəsi", "Kinosalnamə", "Keyfiyyət möhürü", "Sabaha doğru", "Ailə həkimi", "Kənd saatı", "Bağçılıq",  "Olimp", "Şahmat klubu", "Bəbək" sair verilişlər bu qəbildəndir. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "Poeziya", görkəmli alim Vasim Məmmədəliyevin "Haqqın dərgahı", millət vəkili, filoloq-alim Nizami Cəfərovun "Azarbaycan dili", tarixçi alim Kərim Şükürovun "Azərbaycan tarixi", tanınmış filoloq Füzuli Bayatın "Klassik irsimizdən", yazıçı-publisist Akif Əlinin "Zaman məkan", Şəfəq Əlixanovanın "Ovqat", sənətşünas İlham Rəhimlinin "Sərbəst söhbət", "Teatr", "Pərdə açılanda", Aydın Kazımzadənin "Kinosalnamə" veriliş proqramlarını aparması, vacib mövzuları əhatə etməsi, dialoqların canlı qurulması maraqla izlənilir.

AzTV intellektual oyunların nümayişinə üstünlük verir. ", harada, vaxt", "Breyn-rinq", "Parlaq zəka", "Min bir sual", "İntellekt", "Mən azərbaycanlıyam", "Çoxbilmişlərdənsinizmi?" kimi verilişlər tamaşaçılar arasında böyük populyarlıq, rəğbət qazanıb. Dövlət başçısı İlham Əliyevin xüsusi önəm verdiyi ", harada, vaxt" "Breyn-rinq" sayəsində ölkədə əsl "intellektuallar ailəsi" formalaşıb.

AzTV digər elektron KİV-lərdən fərqli olaraq böyük xəzinəyə zəngin "Qızıl Fond"a, simfonik, estrada, xalq çalğı alətləri orkestrlərinə, xor kollektivlərinə malikdir. Ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən muğam müsabiqələrinin, beynəlxalq musiqi festivallarının sayəsində AzTV gənc solistlərin sırasını genişləndirib, ekran-efirə yeni simalar əsrarəngiz səslər gəlib.

Ötən ildən başlayaraq, Azərbaycan Televiziya Radiosunun musiqi kollektivlərinin Beynəlxalq Muğam Mərkəzi ilə birgə keçirdiyi layihə isə ictimaiyyətdə xüsusi rəğbət doğurub. Təsadüfi deyil ki, musiqi əsərlərinin gənc nəslə çatdırılması yeni istedadların üzə çıxarılması məqsədini daşıyan bu layihəni Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev "gözəl təşəbbüs" kimi dəyərləndirib.

AzTV-nin təqdim etdiyi layihələr arasında nüfuzlu "Oskar" mükafatının Kann kino festivalının təqdimat mərasimləri xüsusi yer tutur. AzTV-nin şərhçisi Minijə Cəfərli peşəkar sinxron tərcüməçi Nazim Hüseynov neçə illərdir ki, kino aləminin bu iki özəl hadisəsini böyük bacarıq istedadla, həm ətraflı şəkildə Azərbaycan tamaşaçısına çatdırırlar. Bu məqam artıq Mədəniyyət Turizm Nazirliyi tərəfindən təsdiq olunub. Bu dövlət qurumunun AzTV- göndərdiyi təşəkkür məktubunda canlı reportajın hətta Rusiyanın "Pervı" kanalında yayımlanan proqramdan daha dolğun olduğu vurğulanıb.

Bir sözlə, bizim ana televiziyamız həmişə dövlətçiliyin, milli-mənəvi dəyərlərin keşiyində dayanıb. İndi 58 yaşı tamamlanan ana televiziyamızın xalqımıza çatdıracağı bir müjdənin arzusundayıq. Gün o gün olsun ki, erməni tapdağında qalan torpağımızın işğalçılardan azad edilməsi xəbərini məhz sevimli kanalımızdan - AzTV-dən eşidək.

 

Zamanın aynası - arzularımızın

ünvanı

 

Bugünkü teleməkanımızın bir cəhətinə toxunmadan keçmək olmur. Bu da milli-mənəvi dəyərlərin qorunmasında, onun təbliğində yorulmadan axtarışlar aparan İctimai Televiziya ilə AzTV arasında sağlam rəqabətin formalaşmasıdır. Şübhəsiz ki, son illər ərzində aparılan islahatlar öz bəhrəsini verir.

Yəqin ki, çoxlarının yadındadır, 2005-ci il avqustun 29-da Bakıda möhtəşəm tarixi bir hadisə gerçəkləşdi. Ölkə Prezidenti İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini sıxmaqla Azərbaycanda İctimai Televiziya Radio Yayımına xeyir-dua verdi. Beləliklə , demokratik inkişaf yolunu seçmiş Azərbaycan növbəti dəfə söz mətbuat azadlığı prinsipinə sadiqliyini təsdiqlədi. Ölkədə teleməkanın inkişafı üçün yaradılmış münbit şəraitdən bəhrələnən İTV artıq 8 ildən çoxdur ki, hər kəsin arzularının gerçəkləşdiyi bir tribunaya çevrilib.

İTV-nin yeni baş direktorunun işə prinsipial tərzdə köklənməsi bu kanalın fəaliyyətinə təzə ab-hava gətirib. Kollektivdə yaradıcılıq axtarışlarına, nəzərəçarpan dəyişikliklərə rəvac verilib. Təqdirəlayiqdir ki, İTV Azərbaycan teleradioməkanının ən yaxşı təcrübəsindən, eləcə dünya teleradio yayımlarının örnəklərini öyrənməklə işinin faydalı qurulmasına çalışır. Bu səbəbdən İTV-nin hazırladığı verilişlərin əksəriyyətində klassika ilə müasirliyin vəhdəti hiss olunur. Bu gün tamaşaçı rəğbəti qazanmış maraqla izlənən proqramların sadəcə adını çəkmək kifayət edər ki, İTV-nin zənbilindəki töhfələrin müxtəlifliyindən, zənginliyindən xəbər tutaq. Məsələn, "Yeni Gün", "Qarabağ sərvətləri", "Yurd inciləri", "Salam, əsgər", "Açıq dərs", "Ortaq məxrəc" "Dil cəmiyyət", "Ötən illərin nəğmələri", "Muğam sədası", "Nəğmə dolu bir ürək", "Xatırlananlar", "Ekspromt", "Azərbaycan təbiəti", "Torpaq", "Gənclik həyatı", "Avtomaniya", "Qolf aləmi", "Yeni stil" kimi verilişlər baxımlılığı ilə seçilir.

İctimai TV-nin fəaliyyətə başlaması ölkə mədəniyyətinin incəsənətinin dünya miqyasında tanınması təbliği istiqamətində yeni bir mərhələnin əsasını qoydu. Dünyanın ən böyük musiqi yarışması sayılan "Eurovision" mahnı müsabiqəsinin məhz bu televiziya vasitəsilə yayımlanması İTV- yeni imic gətirdi. Bu baxımdan, İctimai TV-nin "Böyük səhnə" layihəsi isə xüsusi qeyd olunmağa layiqdir. Çünki onun sayəsində Azərbaycanın builki "Eurovision" təmsilçisi məlum olacaq. "Böyük səhnə" səslənən ifalar, perfomanslar zamanı heç bir nöqsana yol verilməməsi, ukraynalı peşəkarlarla birlikdə məşqlərin yüksək səviyyədə keçirilməsi zövqlü tamaşaçıda yalnız rəğbət oyadır. Ötən illərdən fərqli olaraq, bu il İTV rəhbərliyi Gənclər İdman Nazirliyi ilə birgə insanları qıcıqlandıran qeyri-peşəkar qiymətləndirməyə yol açan SMS səsverməsindən tamamilə imtina edib. Qeyd etmək lazımdır ki, əvvəlki dövrdə SMS səsverməsi cəmiyyətdə kifayət qədər narazılıq yaradırdı. Peşəkarlardan ibarət münsiflər heyətinin isə bu il ən istedadlı əsrarəngiz səsə üstünlük verəcəkləri heç bir şübhə doğurmur.

Avropa Yayım Birliyinin üzvü kimi İTV-nin beynəlxalq əlaqələri getdikcə genişlənməkdədir. İTV indi böyük həvəs peşəkarlıqla Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq edir, mübadilə proqramları həyata keçirir beynəlxalq telelayihələrin ölkəmizdə eksklüziv yayımçısına çevrilir. Məsələn, Vyana Filarmoniya orkestrinin konserti, Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri məhz İTV Azərbaycan tamaşaçısına təqdim edir.

Maraqlı bir faktı da etiraf edək ki, İTV bugün reytinq ardınca qaçmır, şöhrət özü onun ünvanını seçir. Bunu İTV-nin son aylar qazandığı beynəlxalq yerli əhəmiyyətli mükafatlar da təsdiqləyir. Moskvada keçirilən Beynəlxalq televiziya kinofilmlər festivalına "Qağayı" filmi ilə qatılan İTV-nin yaradıcılıq məhsulu "Ən yaxşı sənədli film" nominasiyasında qalib oldu. 2013- ilin sonunda isə İctimai Televiziya Radio Yayımları Şirkəti "Azeri Bussiness Award" milli mükafatının laureatları sırasına daxil edildi.

İTV- rəhbər seçiminin uğurlu nəticələri hazırda yaradıcı qüvvələrin düzgün istiqamətləndirilməsi təqdim olunan verilişlərin keyfiyyətində özünü göstərir. Bu baxımdan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin İTV rəhbərliyi ilə bağlı bir neçə ay əvvəl söylədiyi maraqlı fikir diqqəti cəlb edir: "Təcrübəm intuisiyam mənə deyir ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, öz pedaqoji karyerası ərzində yüzlərlə incəsənət mütəxəssisi yetişdirmiş, milli ziyalılıq ənənələrinə sadiqliyini gənc yaşlarından əməlləri ilə təsdiqləmiş əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai Televiziyanın işində köklü dəyişikliyə nail ola biləcək". Professor öz proqnozunda haqlı çıxdı. Çox qısa zaman kəsiyində Azərbaycan tamaşaçısının maraqla izlədiyi telekanallardan biri məhz İTV oldu.

Sonda bütün həmkarlarımızı Azərbaycan televiziyasının efirə çıxdığı gün münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli çətin işlərində yeni nailiyyətlər arzulayıram.

 





14.02.2014    çap et  çap et