525.Az

Rusiya bu il "Sibirin gücü" kəməri ilə Çinə 4 mlrd. kubmetr qaz ixrac edib


 

Rusiya bu il "Sibirin gücü" kəməri ilə Çinə 4 mlrd. kubmetr qaz ixrac edib<b style="color:red"></b>

Bir il ərzində Rusiyanın "Qazprom" şirkəti "Sibirin gücü" boru kəməri ilə Çinə 3,84 mlrd. kubmetr qaz tədarük edib.

525-az-ın APA-ya istinadən verdiyi məlumata görə, noyabr ayında tədarük üzrə planı 13,6% artıqlaması ilə yerinə yetirilib. Şirkət 2021-ci ildən bu istiqamət üzrə ixracın artırılması istiqamətində öz hazırlaşmalarını dava etdirir.

Xatırladaq ki, "Sibirin gücü" ("Sila Sibiri") boru kəməri vasitəsilə Rusiya qazının Çinə nəql edilməsinə ötən ilin dekabrında start verilib. Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə "Qazprom" 2025-ci ildə nail olmağı planlaşdırır. Belə ki, bu kəmər vasitəsi ilə 2020-ci ildə Çinə ən azı 5 mlrd. kubmetr, 2021-ci ildə 10 mlrd. kubmetr və 2022-ci ildə 15 mlrd. kubmetr qaz tədarük ediləcəyi gözlənilir. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar. Müqavilənin ümumi  dəyəri 400 mlrd. ABŞ dolları təşkil edib. Boru kəmərinin inşası beş il davam edib və 1,1 trln. rubla (14,5 mlrd. dollar) başa gəlib.

 





02.12.2020    çap et  çap et