525.Az

Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı oldu - Yenilənib


 

Ceyhun Bayramov və Lavrov arasında telefon danışığı oldu - <b style="color:red">Yenilənib</b>

Cari ilin 2 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

525.az XİN-in Mətbuat Xidməti idarəsinə istinadən xəbər verir ki, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.



***

22:05

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.

525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən APA-nın Msokva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatını, eləcə də regional və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.

 





02.12.2020    çap et  çap et