525.Az

"Qarabağın incisi Şuşa" adlı elektron məlumat bazası hazırlanıb


 

"Qarabağın incisi Şuşa" adlı elektron məlumat bazası hazırlanıb<b style="color:red"></b>

Şuşanın azad edilməsi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Qarabağın incisi Şuşa" adlı elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan 525.az-a bildirilib ki, elektron məlumat bazası "Tarixi", "Görkəmli şəxsiyyətləri", "Mədəni irsi", "Qarabağın incisi - Şuşa", "Kitablar", "Məqalələr", "Azərbaycan Milli Kitabxanasının nəşrləri", "Videoqalereya" bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Qarabağın tarixi, Şuşa şəhəri və onun inzibati quruluşu, mədəniyyət abidələri haqqında kitablar, məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur.

Yerləşdirilən materiallar tam mətni ilə təqdim olunub.

 





02.12.2020    çap et  çap et