525.Az

7 saatdan az yatmaq koronavirusa yoluxdurur


 

7 saatdan az yatmaq koronavirusa yoluxdurur<b style="color:red"></b>

Bir gecə yuxusuz qalmaq ertəsi gün yorğun və aqressiv olmağımıza səbəb olur. Davamlı yuxusuzluq isə  xroniki xəstəliklərə gətirib çıxarır.

525.az-ın xəbərinə görə, alimlər sübut edib ki, COVİD-19 epidemiyası zamanı müntəzəm yuxu immunitet sistemini möhkəm saxlamağa və infeksiya riskini azaltmağa ciddi təsir edir.

Belə ki, daha az yuxu qan hüceyrələrindən ayrılan qoruyucu molekulları azaldır və eyni zamanda, maddələr mübadiləsində rol oynayan müxtəlif protein molekullarına da mənfi təsir göstərir.

Bu səbəblə gündə 7 saatdan az yatan insanların qrip, soyuqdəymə və COVİD-19 kimi infeksiyalara yoluxma ehtimalı ən az 2 dəfə çoxdur.

Eyni zamanda, yuxusuzluq əsəb və emosional pozuntu adlanan əhval dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Eyni zamanda, depressiya və narahatlıq kimi mövcud psixiatrik xəstəlikləri də pisləşdirə bilər.

 





02.12.2020    çap et  çap et