525.Az

Milli Kitabxanada Əlillər günü ilə bağlı sərgi virtual rejimdə təqdim olundu


 

Milli Kitabxanada Əlillər günü ilə bağlı sərgi virtual rejimdə təqdim olundu<b style="color:red"></b>

Hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi - ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

525.az xəbər verir ki, əlilliyi olan şəxslərin maddi və mənəvi təminatlarının gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, ictimai həyatın bütün sahələrində fəal iştirak imkanlarına malik olması Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “3 Dekabr Beynəlxalq Əlillər Günüdür” adlı virtual sərgi bu mövzuya həsr olunmuşdur. Virtual sərgidə ölkəmizdə əlil insanların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də mövzu ilə əlaqədar kitablar, məqalələr, əlillərin beynəlxalq müdafiəsi gününə dair materiallar və fotolar  nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər

http://anl.az/el/vsb/3_Dekabr_Beynelxalq_Eliller_Gunudur/index.htm linkindən istifadə edə bilərlər.

 





03.12.2020    çap et  çap et