525.Az

"Maliyyə qaynaqları tapılmasa..." - Ekspert


 

"Maliyyə qaynaqları tapılmasa..." - <b style="color:red">Ekspert</b>

Ermənistanın ərzaq təminatı məsələsində problemləri vətən müharibəsinin ilk günlərindən hiss edilməyə başladı. Onsuz da passiv ticarət balansının yüksək olduğu bu ölkədə iri müəssisələrin fəaliyyətini dayandırması böyük ajiotaj yaratdı. 27 sentyabdrdan başlayaraq ötən hər gün iqtisadi aktivlik daha azaldı, təhlükənin miqyasını genişləndi. Hətta insanlar ehtiyat ərzaq toplamaq üçün mağazalara axışdı, satış mərkəzləri isə eyni düşüncə ilə bunu məhdudlaşdırmağa çalışdı. Qısa müddət ərazində bu dalğa Ermənistanın bütün ərazisini bürüdü, qida məhsulları piştəxtalardan yoxa çıxdı. Bu Ermənistanı gözləyən böyük ərzaq təhlükəsizliyi probleminin ilkin siqnaları idi.

Məlumat üçün qeyd edim ki, illik taxıla olan ümumi təlabatı 450 min tona bərabər Ermənistan bunun 190-200 min tonunu yerli istehsal hesabına ödəyə bilirdi. Taxıl idxalının həcmi isə yerli istehsalın 125-130% -ə qədər idi. Başqa sözlə 190-200 min ton taxıl istehsal edən bu ölkə təlbatını ödəmək üçün 250-260 min ton ixrac etməyə məcbur olurdu. Burada daha bir maraqlı məqam yerli istehsal hesab etdikləri 190-200 min ton taxılın 60-65%-ə qədərinin bizim işğal edilmiş ərazilərimizin payına düşməsi idi.​ Bizim torpaqlarımızdan əldə etdikləri taxılın həcmi bəzi mənbələrə görə 130 min ton, bəzilərinə görə isə 140 tondan artıq göstərilir. Bu miqdarın da 100 min tondan çoxu birbaşa Ermənistana göndərilərək, əhalinin taxıl təminatında xüsusi pay sahib olurdu.

Ərazilərimizdən bu həcmdə yararlandıqları halda əhalisinin 25%-ə yaxın hissəsi yoxsulluq həddində, 16%-i qida təhlükəsizliyi problemi ilə üz-üzə qalarkən,​ 6-7% əhali isə adi gündəlik tələbatı olan qidanı əldə etməyə böyük çətinlik çəkirdi. ​ Hətta BMT Dünya Qida Proqramının açıqladığı məlumatlara görə​ Ermənistan taxıl məhsullarının 67%-ni, quş ətinin 78%-ni, ümumi ət məhsullarının ortalama olaraq 50%-ni, bitki yağlarının 96%-ni, paxlalı bitkilərin isə 50%-ni idxal etməklə təlabatlarını ödəyə bilir.
Bütün bu göstəricilər müharibəyə qədər olan faiz nisbətləri idi. Hansı ki həmin vaxt işğalda olan ərazilərimizdə böyük həcmdə yararlanır, eləcə də taxıl istehsal edirdilər.

Hazırkı durumda isə onların torpaqlarımızdan qovulması, digər sahələrdə olduğu kimi ərzaq təhlükəsizliyi məsələsində də ciddi problemlər yaşanacaq. Bu istiqamətdə yaranmış böyük həcmli bu defisiti​ aradan qaldırmaq üçün bütün qida sahələri üzrə idxalın xüsusi çəkisinin kəskin artırılması məcburidir. Təkcə taxıla olan təlabatın ödənilməsi üçün idxalın payının 75-80%- ə qədər yüksələcəyini düşünürəm. Bu isə qeyri-formal idxal kvotasının kəskin aşılmasıdır. Bunun öhdəsindən gəlmək üçün böyük maliyə vəsaiti lazım olacaq.​ Sonda yenə gəlib hər şey maliyyə qaynaqlarının üzərinə köklənəcək. Əgər Ermənistan diskriminativ yanaşıb öz ərzaq təhlükəsizliyini digər sahələrdəki problemlərində önə çıxarmasa, bu problemin həlli üçün maliyyə qaynaqları tapmasa, növbəti aylarda hərbi-siyası böhranın “çörək” böhranı ilə əvəz ediləcəyini görəcəyik.

SOCAR əməkdaşı, iqtisadçı ekspert

Eldəniz ƏMİROV

 





03.12.2020    çap et  çap et