525.Az

Zəngilanda yük maşını körpüdən aşdı: 1 nəfər ölüb


 

Zəngilanda yük maşını körpüdən aşdı: <b style="color:red">1 nəfər ölüb</b>

Zəngilan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının rayon ərazisində keçən hissəsində körpüdən aşırıb. Ağır xəsarət alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 





03.12.2020    çap et  çap et