525.Az

Daha bir vəkil koronavirusdan vəfat etdi


 

Daha bir vəkil koronavirusdan vəfat etdi<b style="color:red"></b>

Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat edib.

525.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, “Lider” Vəkil bürosunun rəhbəri Əli Ələkbərov COVID-19 infeksiyasından dünyasını dəyişib.

Faktı Vəkillər Kollegiyasından təsdiqləyiblər.

Bildirilib ki, Ə. Ələkbərov müalicə aldığı xəstəxanada bu gün vəfat edib.

Qeyd edək ki, son günlər Vəkillər Kollegiyasının daha bir neçə üzvü - tanınmış vəkillər Tahir Əlirzayev, Yusif Seyidov və Adil İsmayılov da koronavirusdan dünyasını dəyişib.

 

 





03.12.2020    çap et  çap et