525.Az

"UNESCO ekspertləri Qarabağa gələcəklər" - Rusiya XİN


 

"UNESCO ekspertləri Qarabağa gələcəklər" - <b style="color:red">Rusiya XİN</b>

Rusiya ümid edir ki, UNESCO ekspertləri xristian və müsəlman məbədlərinin mühafizəsinin qiymətləndirilməsi üçün yaxın zamanlarda Dağlıq Qarabağa gələcək.

525.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümanyəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib: "Biz ümid edirik ki, UNESCO-nun tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə erməni və Azərbaycan tərəfləri ilə əməkdaşlıqda yaradılan abidələrin mühafizəsi və qorunması missiyası yaxın zamanlarda bölgəyə gələcək və vəziyyətə obyektiv qiymət verəcək".

 





03.12.2020    çap et  çap et