525.Az

Canıyeva Göyərçin - El Romandan yeni şeir


 

Canıyeva Göyərçin - <b style="color:red">El Romandan yeni şeir</b>

- Yerek...
Ratsiyadan səs gəlir:
- Canıyev, yerini de!
- Təpənin "A" nöqtəsi!
Ratsiyadan səs gəlir:
- Əbdülov, yerini de!
- Təpənin "B" nöqtəsi!
- Erku...
On üç yaşlı Göyərçin
giley tökür kağıza:
"Ehh, bu riyaziyyat da
yığıb məni boğaza!
"A"-dan "B"-yə məsafə
Nə bilim, nə qədərdi?
atam olsa, bilərdi..."

"Canıyev,
aradakı məsafəni xəbər ver!"
- Ratsiya hələ susmur...
İnsanlar özlərinə yaxşı təsəlli verir:
"Ordu müharibəni nə olsun, hələ udmur?
əsas odu, uduzmur..."
- Mek!
Bu vaxt bir mərmi deşir
buludların bağrını.
Silahlar da diksinir
Partlayışın səsinə...
O partlayış,
əsgəri tutub "A" nöqtəsindən
atır "B" nöqtəsinə...
"Tapdım, anacan, tapdım!
Məsafə əlli metr!" - bərk qışqırır Göyərçin...
"Canıyev, nə baş verir?!" - Ratsiya ağı deyir...
birdən
əlaqə itir...
sonuncu nəfəs ilə,
Canıyev ratsiyanı dodağına gətirir.
Xırıltılı səs ilə:
"Komandir, əlli metr..."

 





03.12.2020    çap et  çap et