525.Az

Şuşanın müjdəsi - Nadir Rzalının şeiri


 

Şuşanın müjdəsi - <b style="color:red">Nadir Rzalının şeiri </b>

"Qəzetçi", səsləyərək dilləndi Məsmə nənə,
- "Təzə nə xəbərlər var, nə deyirlər bu günə?"
- "Filan yerdə filan vaxt zəlzələ baş veribmiş.
Filankəsin evinə gecə oğru giribmiş.
Sabah hava yağışlı, gecə isti olacaq,
Turistlər axın edir, Bakı yaman dolacaq".
Qayıdanda hər axşam qəzetçi öz evinə,
Məsmə nənə yüyürür tez sevinə-sevinə.
Televizor da danışır, radio da səslənir,
Nənə tək xəbərləri Qəzetçidən dinləyir.
Hərdən 1-2 dənə qəzet istəyir nənə,
Sərir dibçək altına su tökəndə güllərə.
Hərdən büküb tıxayır qapının arasına,
Hərdən məzəmmət edir gözünün qarasına:
"Kaş özüm oxuyardım, görəydim nə var-nə yox,
Bircə görməyimi də Tanrı mənə gördü çox".
Şuşadakı evinin sənədini gizlicə,
Açır yenidən bükür qəzetlərə hər gecə.
Yağışlı payız günü qəzetçi tez sevincək,
Məsmə nənə yaşayan küçəyə tələsərək
İstədi xəbər versin, "Nənə, yazır ki, qəzet
Şuşa artıq qayıdıb, sən də muradına yet!"
Qapını döydü durdu, səs gəlmədi səsinə,
Heç kimi tanımır ki,  səslənsin bir kəsinə.
Qəzetçi tez-tələsik qırdı qapı-bacanı,
Gördü gözü yumulu həmişə nur saçanı.
Gözünün yaşın tökdü qəzet tutan əlinə,
Yavaşca pıçıldadı: "Şuşa qayıdıb, nənə..."
Nənənin son laylası Şuşanın müjdəsiydi,
Qəzetlər də nənənin yeganə kimsəsiydi...

***

Taxtından düşən şəhər
Tacın əlində olub.
Ağalığın həmindi.
Vüqarın, cəsarətin,
Şah təpərin həmindi.
Laçın oğlun, xatın qızın
Ümidi sönməmişdi.
Laçın oğullar sarı
Tel-tel yolunan saçın
Rəngi köhnəlməmişdi.
Sözü-söhbəti şirin şəhər
Dillərdə söz olmuşdun.
Bu gün qəhrəmanlığın
Görk oldu bu cahana.
"Laçın qalası" Kəlbəcərdən
"Laçınlar" Şuşadan əl uzatmışdı sənə sarı.
Neçə qızın şümşad boylu yarı
Yol gəlirdi sənə sarı qucmağa
Gəlirdi hökmünü, bayrağını sancmağa...
Ayaq altdan götürüldü tacın, şəhər...
Əzəlim, əbədim laçın şəhər...
Sorağınla açacam səhəri
Yurdumun, elimin, obamın Laçın şəhəri...

 





03.12.2020    çap et  çap et