525.Az

Uşaqlar üçün daha iki reabilitasiya mərkəzi açılacaq


 

Uşaqlar üçün daha iki reabilitasiya mərkəzi açılacaq<b style="color:red"></b>

Prezident İlham Əliyevin xüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunmasına imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 525.az-a verilən məlumata görə, bu kateqoriyadan olan uşaqlar üçün aylıq müavinət, həmçinin onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü ödənilməklə, eyni zamanda, həmin uşaqlar üçün reabilitasiya sisteminin inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda 1 saylı Uşaq Reabilitasiya Mərkəzi müasir tələblərə uyğun qurulub. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün Bakının Suraxanı rayonunda 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Qəbələ və Şəmkir rayonlarında da uşaq reabilitasiya mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Uşaq Reabilitasiya Mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar məqsədyönlü fizioterapevtik prosedurlar əsaslanan səmərəli reabilitasiya tədbirlərinə cəlb olunmaqla, onların sosial statusunun bərpa edilməsi, cəmiyyətə inteqrasiya imkanlarına malik olmaları üçün xidmətlər göstərilir.

 





03.12.2020    çap et  çap et