525.Az

Emin Əmrullayev universitet rəhbərləri ilə onlayn görüş keçirdi


 

Emin Əmrullayev universitet rəhbərləri ilə onlayn görüş keçirdi<b style="color:red"></b>

Dekabrın 3-də Təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Nazirlikdən 525.az-a bildirilib ki, görüşdə ali təhsil sisteminin gələcək inkişaf perspektivləri və bunun üçün mövcud resurslardan istifadə, yeni mexanizm və alətlərin yaradılması müzakirə edilib.

Həmçinin, ölkəmizin əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması, müxtəlif pillələrdə davamlı keyfiyyətli təhsilin təmin edilməsi, universitetlərin elm və tədqiqat sahəsində inkişaf planları barəsində fikir mübadiləsi aparılıb.

 

 





03.12.2020    çap et  çap et