525.Az

İnsanların cəsədi gübrəyə çevriləcək


 

İnsanların cəsədi gübrəyə çevriləcək <b style="color:red"></b>

Dünyada yaşayan insan sayı getdikcə artmaqdadır. Bu, yaşayış yerlərinin sıxlaşması ilə yanaşı, məzarların sayının çoxalmasına da səbəb olur. Artıq dünyanın yeni gerçəkləri dəfn adətlərinin dəyişməsinə və yenilənməsinə zəmin yaradır. Nəzərə alsaq ki, dünyada gün ərzində orta hesabla 21 min insan ölür, nəticədə ciddi torpaq çatışmazlığı yaranır. Bu səbəbdəndir ki, dünyanın bir sıra ölkələri artıq cəsədlərin gübrəyə çevrilməsi prossesinə keçid edir.

525.az BBC”yə istinadən xəbər verir ki, İsveçdə artıq bir sıra cəsəd gübrələmə üsulundan istifadə edilir. İngiltərədə isə cəsədin tabutsuz və ya bioloji parçalana bilən tabutlarla basdırılması kimi üsullara icazə verilir. Eyni zamanda, ötən il ABŞ-ın Vaşinqton ştatında qüvvəyə minən qanuna əsasən, cəsədlərin sürətlə və ekologiyaya zərər vermədən gübrəyə çevrilə bilməsi üçün yeni üsul tətbiq olunmağa başlanılıb. Belə ki, cəsədin gübrəyə çevrilmə prossesi çox sadədir. Onu quru yonca və taxta yonqarı ilə birlikdə polad qutunun içində 30 gün qapalı şəraitdə saxlayırlar. Bu müddət ərzində təbii şəkildə həll olunan cəsəd, iki əl arabası qədər torpağa çevrilmiş olur.
Gübrələmə prossesinin sonunda əldə olunan torpaq bitki yetişdirilməsi üçün ölünün yaxınlarına verilir.

Qeyd edək ki, bu prosses könüllülük prinsipi əsasında baş verir.

Natəvan Abdullayeva

 





03.12.2020    çap et  çap et